Paşinyan Ermənistanı KTMT-dən çıxarmaq istəyirdi?

Aqvan Vardanyanın sözlərinə görə, son iki ildə ölkənin ali rəhbərliyinin hərəkətləri Qarabağdakı müharibəni daha da yaxınlaşdırıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Daşnaksütyun” partiyasından olan keçmiş millət vəkili, Ermənistan rəhbərliyinə, Ermənistan rəhbərliyinin hərəkətləri və qərarları ilə bağlı açıqlamalar və hələ bilinməyən faktlar daxil olmaqla bir neçə sual səsləndirib.

Sputnik Ermənistan multimedia mərkəzində keçirdiyi mətbuat konfransında siyasətçi son altı ayda susduğunu, amma indi Qarabağda məlum hadisələrdən sonra danışmağın vaxtının gəldiyini söyləyib. Vardanyan sual verir ki, 2019-cu ildə ərəb ölkələrindən birində Ermənistan və Azərbaycanın iki yüksək səviyyəli bərabər vəzifəli şəxsinin görüşü olubmu? Siyasətçi, Rusiya ilə münasibətləri korlamamağı və Qarabağla bağlı danışıqları pozmamağı Paşinyana tövsiyə edildiyi barədə bir söhbət olub-olmadığını da ondan soruşur.

Vardanyana görə, hələ 2019-cu ilin əvvəlində baş nazir Paşinyan hiddətlənərək Rusiya, Milli Təhlükəsizlik Xidməti və qondarma rejim rəhbərliyinin ona qarşı sui-qəsd hazırladığını bildirib. Qeyd edib ki, 2019-cu ilin ikinci yarısında, Rusiya prezidenti Ermənistanın ikinci prezidentini ad günü münasibətilə təbrik edəndə, Paşinyan canlı yayıma çıxmaq və Ermənistanın KTMT-dən çıxdığını elan etmək istəyib. Çox çətinliklə o bu addımdan çəkindirilib.

Keçmiş millət vəkili Paşinyanın bu yaxınlarda erməni tərəfinin qarşıdakı müharibəni bildiyini, yalnız əsas hücumun saatını və istiqamətini bilmədiyi barədə verdiyi açıqlamaya istinad edir. Ancaq bu vəziyyətdə Vardanyan, müdafiə nazirinin niyə yox olduğunu və müharibənin 27 sentyabr səhəri erkən başladığı halda Ermənistana yalnız 28 sentyabr axşamında döndüyünü soruşur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...