“Azadlığın mübarək, LAÇINIM!” Təranə Kərimova

“Bu gün Azərbaycan Ordusu gücünü bir daha nümayiş etdirdi - Məğrur Laçın itkisiz işğaldan azad edildi. Xalqımız böyük sevinc, Qələbə sevincini yaşayır. 30 ilə yaxın idi ki, doğma torpaq niskinliyi ilə qovrulurduq. Bu gün bu niskinliyə də son qoyuldu. Qazanılan bu qələbələr Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova deyib.

“Böyük Azərbaycan zərrə-zərrə işğal edilsə də, ağır döyüşlərdə büdrəsə də, heç vaxt yıxılmamışdır. Dəfələrlə aramsız müharibələrə, talanlara, işğallara məruz qalan ana yurd Prezident cənab İlham Əliyevin sözləri ilə desək, heç vaxt indiki qədər qüdrətli olmamışdır. Bu gün Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr bir daha sübut edir ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”,-deyən T.Kərimova bildirib ki, möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun əks hücumu nəticəsində uzun illər işğal altında olan torpaqlarımızın azad olması xəbəri hər birimizdə böyük ruh yüksəkliyi yaradır: “Çünki bu gün Azərbaycan Ordusu öz torpağında, öz torpağı uğurunda, ərazi bütövlüyü uğrunda vuruşur. Hər gün qələbələr müjdəsi gəlir, azad olunan ərazilərimizdə Azərbaycanımızın üç rəngli bayrağı dalğalanır. Hər gün, hər saat ardıcıl olaraq qələbə sorağını eşitmək və bu sevinci xalqımıza bəxş edən ölkə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənabları ilə, Güclü Azərbaycan Ordusu və rəşadətli, qəhrəman əsgərlərimizlə Azərbaycan xalqı qürur və fəxr edir”.

T.Kərimova qazanılan qələbələrin təkcə silahın gücü deyil, həm də Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsi olduğunu deyib: “Bu gün Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarında ingilis, rus, türk və doğma Azərbaycan dilimizdə müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması informasiya müharibəsində də ciddi irəliləyişlərə dəlalət etmişdir. Həmin müsahibələrdə dövlət başçımız dünyaya Azərbaycan həqiqətlərini bir daha aydın və “net” bəyan etməkdədir. Qarabağın Azərbaycanın əzəli torpağı olması, tarixi ədalətin hər zaman onun Azərbaycana aid olmasını, Azərbaycanın haqq yolunda mübarizə apardığını dünya ictimaiyətinə çatdırıb və çatdırır. Ancaq Ermənistan isə riyakarlığını, faşist xislətli olduğunu həmişə nümayiş etdirib. Ancaq nə qədər təxribat, etsələr də düşmən Azərbaycan əsgəri qaşısında diz çökür. Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın dediyi kimi: “Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!...Bax, bizim yumruğumuz sadəcə olaraq düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir".

"Bu gün artıq Ermənistan Azərbaycan Prezidentinin diplomatik siyasəti, Güclü Ordusu və rəşadətli əsgərləri qarşısında diz çökür və çökəcək də!”, - deyən T.Kərimova onu vurğulayıb ki, bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəfər ordumuzun gücünün, rəşadədtli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidir: “Bu əminliyi də böyük inam və qətiyyətlə ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin Zəfər Sərkərdəsi, Azərbaycan Ordusu ən peşəkar və döyüş ruhlu Ordu, Azərbaycan xalqı isə ən qəhrəman xalq kimi tarixə qızıl hərflərlə yazılacaq. Növbəti mərhələdə cənab İlham Əliyevin yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək. Və 30 il düşmən tapdağında olan torpaqlarımız artıq öz tarixi sahiblərinə qayıdır. Bu gün Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Ağdamımız, onun ardınca Kəlbəcərimiz, Laçınımız…bütün Qarabağımız, qürurumuzu, özünəgüvənimizliyi, inamımızı qaytaran, ümidsizliyi, sınıqlığı qovmuş, birliyimizi, yekdilliyimizi bərqərar etmiş Prezident, Ali Baş Komandanımız İlham Əliyev cənablarından Azərbaycana əbədi yadigar qalacaq – Qələbə bayramımız! Gözün aydın, Bayramın Mübarək, Azərbaycanım! 1 dekabr 2020-ci il QƏLƏBƏ TARİXİN MÜBARƏK, LAÇINIMIZ! Qələbə bayramın mübarək, Qarabağ Azərbaycandır!”.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...