"Qarabağ müharibəsi ilə Donbas münaqişəsi fərqlidir" ÖZƏL-MÖVQE
"Ukraynanın Donbasda separatçılara qarşı əks-əməliyyat keçirməsi, Rusiyanın ciddi müqaviməti ilə üzləşə bilər. Bu da uzun müddətli muharibə və Ukraynanın qələbəsi ilə yekunlaşa bilməz. Hazırkı situasiyada Donbasda müharibənin başlanması üçün geosiyasi şərtlər uyğun deyil". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Qarabağ müharibəsi ilə Donbas münaqişəsi fərqlidir: "Kiçik lokal hərbi əməliyyatlarda Kiyevin üstünlüyü olsa da, miqyaslı müharibəni aparmaq iqtidarında onda ola bilər ki, ABŞ prosesdə yer alsın.
Qeyd edim ki, Türkiyənin Ukrayna üzərində təsiri formalaşıb. Bu ölkəyə ixrac etdiyi "PUA" Ukraynanın hərbi gücünü artırsa da, bu, həll edici qələbənin əldə edilməsinə gətirə bilməz. Türkiyə Rusiyaya təzyiq etmək üçün Donbas münaqişəsindən istifadə etmək iqtidarındadır. Məhz Qarabağ məsələsində Moskva-Ankara arasında fikir ayrılıqları Donbasda da aktivliyə gətirib çıxarır.
Qarabağ məsələsində Rusiya anti-Türkiyə mövqeyi tutacağı təqdirdə Ankara Donbasda Moskvaya qarşı təzyiq edə biləcəyini qeyd etmşdim. Türkiyənin sülhməramlı qüvvələrinin yerləşdirilməsi prosesində Rusiya ilə ciddi fikir ayrılıqları var. Moskva bir çox məsələlərdə Ankaranın iştirakını hərbi cəhətdən qəbul etmir. Qarabağda təkcə öz hərbi birləşmələri ilə üstünlüyünü qorumağa çalışır. Ona görə də Rusiyanın Qarbağda mövqəyini zəiflətmək və güzəştə getməyi üçün Donbasda vəziyyəti mürəkkəb situasiyaya daşımaq gəlir.
ABŞ da C. Bayden prezidentliyə rəsmən başlayandan sonra Ukraynanı hücum və latel silahlarla təchiz edəcək. Həmçinin Ankara "PUA" sistemləri ilə təmin edəcək. Donbasda Rusiya Ukraynanın real hərbi gücü ilə qarşılaşsa, danışıqlarda güzəştə gedəcək. Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır və ölkəmizə daima dəstəyi verib. Azərbaycan BMT və digər təşkilatlarda Ukraynanın ərazi bütövlüyü ilə bağlı səsvermədə aktiv olmalı və daima dəstək göstərməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə