“Vətəndaşlarımız Xankəndinə, Xocalıya, Xocavəndə və Ağdərəyə qayıdacaq” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən sonra, Azərbaycan öz suverenliyini Xankəndində, Xocalıda, Xocavəndə, Ağdərədə və digər ərazilərdə bərpa etmək üçün Rusiya sülməramlı ilə danışıqlar aparacaq. Çünki Xocalı, Xocavənd azərbaycanlıların ən sıx məskunlaşdığı rayondur və bu ərazilərə qaçqın və köçkün həyatı yaşayan azərbaycanlılar qaytarılmalıdır”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın statusu deyilən məsələsinin gündəmdən çıxarıldığına görə, həmin ərazilərdə Azərbaycanın suverenliyinin bərpa edilməsi və ərazi inzibati vahidi kimi tanınması istiqamətində işlər aparılacaq: “Doğrudur bu hələki rusların təsiri altında olan bölgələrdir və ruslarla bu məsələlərdə razılaşmaq lazımdır, O səbədbə də ilk vaxtlar hər şey siyasi danışıqlar yolu ilə həll edilməyə çalışılacaq. Türkiyə sülhməramlıları bölgəyə gəldikdən sonra bu məsələnin daha şiddətlə, ardıcıl sürətlə qaldırılması və həyata keçirilməsi gözlənilir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...