Əsgər valideynləri Ermənistan hökumət binası qarşısında növbəti mitinq keçirirlər. SİA Ermənistana məxsua armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, hərbi qulluqçuların yaxınları Dağlıq Qarabağdakı əsgərlərin sağlamlığı, yaşayış şəraiti və qidasından narahatlıq keçirdiklərini bildiriblər.

Məlumatda qeyd olunur ki, Dağlıq Qarabağda xidmət edən çağırışçıların valideynləri Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirir və onlar müharibədən sonra dincəlmək, məzuniyyət almaq və müvafiq müalicə almaları ilə əlaqədar sağırışçıların Ermənistana köçürülmələrini tələb edirlər.

Bundan əlavə, etirazçılar, Qarabağa gedən yeganə yolun keçdiyi Laçının başına nə gələcəyi hələ bəlli deyil, deyə düşündüklərini bəyan edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə