8 mədən işçisi çarəsiz şəkildə xilas olmağı gözləyir

8 mədən işçisi çarəsiz şəkildə xilas olmağı gözləyir
Kolumbiyada kömür mədəni çöküb. SİA-nın məlumatına görə, hadisə nəticəsində 8 mədən işçisi dağıntıların altında qalıb. Kömür mədənində qəflətən baş verən çöküntü nəticəsində dağıntı altında qalan 8 fəhlə 60 metr dərinlikdə xilas olmağı gözləyirlər.

Bölgə səlahiyyətliləri fəhlələrin yaşamasının möcüzə olduğunu bildirib: \"Kömür mədəninin çökməsi nəticəsində fəhlələr dağıntı altında qalıblar. Əslində ilk olaraq onların öldüyü qənaətinə gəlsək də, dağıntıların altından gələn səslər işçilərin yaşadığını göstərir\".

Qəzanın səbəbləri hələ məlum olmasa da, ilkin məlumatlara görə, mədənin çökməsi səbəbi şiddətli yağan leysan yağışları ilə əlaqələndirilir.

Qeyd edək ki, işçilərin xilas edilməsi üçün qazıntılar qızğın şəkildə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com