“Senatın qərarını diktə edən nədir?” Konstantin Kosaçev

“Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarını Paris və Ankara arasındakı böyük ölçüdə fikir ayrılıqları diktə edir, bu Fransa hökuməti üçün bir tövsiyə olaraq qalacaq”. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev deyib.

Komitə rəhbəri Fransa Senatının çərşənbə günü hökumətin Dağlıq Qarabağı tanımasına çağıran bir qərar qəbul etməsini paradoks adlandırıb.

"Paradoksal səslənə bilər, amma nəinki Dağlıq Qarabağ, eləcə də Türkiyə ilə bağlı Fransa Senatının qərarında Fransız həmkarlarımızın duyğularında səmimi olduğuna dair bir şübhəm var", deyə Kosaçev RİA Novosti-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son həftələrdə Fransa-Türkiyə münasibətləri, faciəvi hallar da daxil olmaqla, bir çox şəraitə görə praktik olaraq sıfır səviyyəsində olub, ən yüksək səviyyədə hücum xarakterli "nəzakət mübadiləsinə" gəlib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...