Spiker Azərbaycan xalqını təbrik edib

Spiker Azərbaycan xalqını təbrik edib

"Bildiyiniz kimi 10 noyabrda Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanata əsasən, dünən Kəlbəcər rayonu erməni silahlı qüvvələrindən təmizlənib Azərbaycana təhfil verilib. Bu münasibətlə hər birinizi təbrik edirəm". SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclaslnda deyib.

S.Qafarova qeyd edib ki, dekabrın 1-ə qədər Laçın rayonu Azərbaycana təhfil veriləcək və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək: “Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, Eşq olsun Azərbaycan Ordusuna, Yaşasın Azərbaycan!”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə