Rusiya sülhməramlıları: “Kəlbəcəri təhvil verdik” PROSES

Rusiya sülhməramlıları: “Kəlbəcəri təhvil verdik” PROSES

“Kəlbəcər rayonu Azərbaycan tərəfinə təhvil verilib”. SİA xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyasının sülhməramlı kontingentinin təmsilçisi, polkovnik Semyon Deqtyarov deyib.

“Bu gün Kəlbəcər rayonu dövlət başçılarının üçtərəfli razılığına əsasən, rəsmi olaraq Azərbaycan tərəfinə təhvil verilib”, deyə rus sülhməramlılarının polkovniki bildirib.

Rusiyanın Müdafiə Nazirliyindən isə jurnalistlərə bildirilib ki, təhvil prosesinə rus sülhməramlıları nəzarət ediblər. “Rusiyanın sülhməramlı kontingentinin hərbçiləri təhvil prosesi zamanı mülki əhalinin təhlükəsizliyini təmin edib”, Rusiyanın hərbi idarəsindən bildirilib.

Xatırladaq ki, artıq dekabrın 1-də Laçın rayonunun da Azərbaycan tərəfinə təhvil verilməsi əldə olunmuş razılıq şərtlərinə görə həyata keçiriləcək.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə