"Paşinyan yalnız öz maraqlarını güdür" Artur Vanesyan

"Paşinyanın bütün addımları sırf öz maraqlarına xidmət etmək üçün atılıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Vətən” partiyasının sədri Artur Vanesyan bu gün bir jurnalistə verdiyi müsahibəsində söyləyib.

Xatırladaq ki, “Daşnaksütyun” nümayəndəsi Qeqham Manukyan və Konstitusiya Məhkəməsinin keçmiş üzvü Kim Balayan baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan hökumətinin binası qarşısında aclıq aksiyası keçirirlər. Artur Vanesyan isə bunu ən son addım hesab etdiyini qeyd edib.

“Nikol Paşinyanın bütün addımları öz hakimiyyətini qorumağa yönəlib. Başqa niyyəti yoxdur. Hkimiyyətini qorumaq, bu hakimiyyətdən zövq almaq istəyir. O, Ermənistan Respublikasına xidmət etmir. Yalnız öz maraqlarına xidmət edir və şəxsi rifahını artırır”, deyə Artur Vanesyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə