Milli Məclis Avropa Parlamentinə müraciət qəbul edib. SİA-nın məlumatına görə, qəbul olunan müraciətin mətni deputat Azay Quliyev tərəfindən səsləndirilib. Müraciətdə bildirilib ki, Avropa Parlamentinin 12 mayda qəbul etdiyi qətnamə Azərbaycanla bu qurum arasında yaranan əlaqələrə ciddi zərbə vura bilər. Milli Məclis bu qətnaməni Avropa Parlamenti ilə münasibətlərə son qoya biləcək qərəzli bir sənəd hesab edir.
"Ərəb ölkələrində başlanan hadisələrdən sonra ölkəmizdə siyasi dayaqları olmayan bir sıra qüvvələrin qeyri-qanuni aksiyalarının qarşısı alınıb. Avropa ölkələrində də analoji addımlar atılır"-deyə sənəddə vurğulanır.
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qeyri-obyektiv və qərəzli adlandırıb. Səsvermə nəticəsində müraciət yekdilliklə qəbul edilib. Milli Məclisin 100 deputatı müraciətin qəbul edilməsinin lehinə səs verib.
Sənədin qəbulundan sonra spiker Oqtay Əsədov bildirib ki, may ayının 22-də Avropa Parlamentinin sədri Azərbaycana səfərə gəlir: Onun sözlərinə görə, bu müraciət tez göndərilməlidir ki, o gələnə qədər məlumatlı olsun.
Qeyd edək ki, müraciət beynəlxalq quruma göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB