Fransanı daha obyektiv və qərəzsiz olmağa çağırıram - Tural Gəncəliyev
"Fransanın son vaxtlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı sərgilədiyi qeyri-obyektiv və qərəzli mövqeyə görə öz hiddətimi bildirirəm və bunu qınayıram". SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, Fransa BMT-nin TŞ-nın daimi üzvü kimi beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına və saxlanılmasına məsuliyyət daşıyan bir ölkədir: “Təəssüflər olsun ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişədə obyektiv mövqe tutmasını istədiyimiz halda Fransa bunun əksini edib və bu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gəlmir. Mən buradan çıxış edərək Fransa tərəfini daha obyektiv və qərəzsiz olmağa çağırıram. Çünki Fransa 1 milyondan artıq Azərbaycanın qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulduğu bir vaxtda belə bir mövqe ilə çıxış etməsi çox qərəzli bir addımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB