Tahir Kərimli: “Azərbaycan Qarabağ problemini köklü şəkildə həll edib” ÖZƏL-MÜNASİBƏT

Tahir Kərimli: “Azərbaycan Qarabağ problemini köklü şəkildə həll edib” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan özü Dağlıq Qarabağ məsələsini köklü şəkildə həll edib. Bu halda həmsədrlərin xüsusilə, ABŞ və Fransa diplomatlarının Moskvada Dağlıq Qarabağla bağlı nəyi müzakirə edəcəklər ki? ABŞ və Fransa çox narahatdırlar ki, Minsk Qrupunun həmsədrləri kimi, Qarabağ məsələsinin həllindən kənarda qalmışlar”. Bunu “Səs” qəzetinə açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi özü təkbaşına Dağlıq Qarabağda sülhyaratma qüvvələrini yerləşdirib: “Əslində Rusiyanın özü, ABŞ və Fransa kənarda qoyub. Ona görə də, əlbəttə ki, onlar Moskvaya gələrək Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirə etməklə onlar istəyəcəklər ki, bir qədər fəal qoşulsunlar və ikinci bir cəhətdən əlbəttə ki, gələrək Dağlıq Qarabağın statusun müəyyən edilməsi istiqamətində Rusiyanı təhrik etsinlər. Ancaq bildiyiniz kimi, Rusiyanın prezidenti Vladimir Putin açıq şəkildə bildirib ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın öz işidir, onun ərazisidir. Oraya Türkiyəni və ya istənilən digər dövləti dəvət etməkdə Azərbaycanın suveren hüququdur. Yəni birmənalı şəkildə hamısına özü cavab verib. Qafqazda yeni konfequrasiya var. Bu konfequrasiya Rusiya, Türkiyə və Azərbaycan birliyindən keçir. Nə qədər ağrılı olsa da Azərbaycan özü hərbi yolla bu məsələni həll edir. Onlar həmişə deyirdilər ki, münaqişənin hərbi yolu yoxdur. İndi isə bunlar görürlər ki, hərbi həll yolu var. Azərbaycan Qarabağ problemini köklü şəkildə həll edib”.

T.Kərimli bildirdi ki, Azərbaycan heç zaman deməyib ki, Dağlıq Qarabağda yaşayan erməniləri tamamilə rədd edəcək: “Ona görə də, hesab edirəm ki, indiki konfequrasiya tamamilə və eyni zamanda, üç tərəfli danışıqlar və münasibətlər ən optimal variantdır. Düşünmürəm ki, ABŞ, Fransa və Rusiyaya müəyyən təzyiqlər edəcəklər. Əlbəttə, bu təzyiq hər şeydən əvvəl Türkiyəni bir qədər kənara qoymaq, Azərbaycana qarşı isə Qarabağın statusunun müəyyən edilməsi məsələlərini aparmaqdır. Halbuki, Vladimir Putin birbaşa bildirdi ki, bu status məsələsi Ermənistan və Azərbaycan arasında yaxşı münasibətlər yaratdıqdan sonra baxıla bilər. İkinci bir məsələ var ki, Prezident İlham Əliyev birmənalı şəkildə bildirib ki, heç bir status məsələsi olmayacaq. Rusiyanın xarici işlər naziri deyib ki, Prezident İlham Əliyevin bu bəyanatı hesab edirəm ki, qarşı tərəfə mənfi münasibət göstərməyəcək, amma vəziyyət ortadadır, hər kəs reallıqla barışmalıdır və ömür boyu danışıqları uzadaraq, Azərbaycanı məğlubiyyətə barışdırmaq niyyətləri puça çıxıb, indi isə revanş götürmək istəyirlər, bütün bunlar əbəsdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə