"Paşinyan 40 gün sonra etdiyini niyə əvvəldən etmədi?" - Əsgər anası
Azərbaycanın böyük qələbəsindən sonra Ermənistan silkələnməyə başlayıb. Bu ölkədə narazılıqlar hər kəsin dilindən durmadan səsləndirilir və meydanlara toplaşanlar müxtəlif tələblər irəli sürür. Bütün bu tələblər mövcud Ermənistan hakimiyyətindən cəmiyyətin imtina etməsi kimi görünür. İtkilər fonunda ələlxüsus əsgər analarının da narazılıqları təzahür edir və onlar hakimiyyət qarşısında tələblər, eləcə də suallar qoyurlar.
Ermənistan parlamentinin dünənki iclasında oğlu müharibədə ölən ananın adından müxtəlif fikirlər səsləndirilib. SİA xəbər verir ki, ölən kapitan Mkrtiç Ohanyanın anası Anahit Ohanyan çərşənbə günü Azadlıq Meydanında keçirilən mitinqdə bu barədə heç kimin spekulyasiya etmək hüququnun olmadığını vurğulayıb: "Deyirlər ki, guya bura kiminsə tapşırığı ilə gəlmişəm və burada sadəcə çıxış edirəm".
Ölən əsgərin anası baş nazirə sual da ünvanlayıb ki, niyə Paşinyan 40 gün sonra etdiyini əvvəldən, yəni müharibənin ikinci günü etməyib. "Bu qədər gənci ölümə niyə göndərmisiniz?", deyə ölən əsgər anası Anahit Ohanyan baş nazrə sual ünvanlayıb.
Anahit Ohanyan zabitlərin mənzillərinin iyun, iyul, avqust və sentyabr ayları üçün kirayələrinin belə köçürülmədiyini söyləyib.
Göründüyü kimi, məğlubiyyət Ermənistanda rezonans doğurub və etirazçılar küçələrdən yığışmır. Baş nazir Nikol Paşinyan və onun hakimiyyət komandası erməni cəmiyyəti tərəfindən ittiham olunur. Məsələ burasındadır ki, bu ittihamların fonunda Paşinyan öz məmurlarının istefa ərizələrini alaraq onları qurban verməyə, bunun müqabilində isə öz hakimiyyətini qorumağa çalışır. Lakin, hadisələrin gedişi təsdiq edir ki, erməni baş nazirinin düşündüyü kimi olacağı inandırıcı görünmür və bu ,işğalçı ölkədə vətəndaş müharibəsini qaçılmaz edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB