Gəncədə aftoş sürücülərə qarşı reyd keçirilib-FOTOSESSİYA

Gəncədə aftoş sürücülərə qarşı reyd keçirilib-FOTOSESSİYA

Gəncə şəhər Dövlət Yol Polisi reydlərə başlayıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, reydlərdə qurumun şəxsi heyəti tam tərkibdə iştirak edib. Şəhərin təxminən 10-dan artıq müxtəlif küçə və prospektlərində postlar qurulub. Yoxlamalar göstərib ki, aparılan mübarizə tədbirlərinə baxmayaraq, hələ də bəzi "sürücülər" tərəfindən yol hərəkəti qaydaları kobud şəkildə pozulur. Bu da piyadaların haqlı narazılığına səbəb olur.

Yoxlamalar zamanı avtomobillərində görməni məhdudlaşdıran vasitələrdən istifadə olunduğu, bundan əlavə avtomobil sahiblərinin maşınlarının mühərriklərinə səsboğucu cihazlar quraşdırdığı üzə çıxıb.

Təxminən 4 saat davam edən reyd zamanı 30-dan artıq sürücü saxlanılıb. Bu şəxslərin əksəriyyəti yol hərəkəti qaydalarına dəfələrlə tabe olmayan vətəndaşlardır. Təkcə görməni məhdudlaşdıraraq avtomobillərini idarə edən 10 sürücü saxlanılıb. Ayrıca əlavə siqnal səslərindən istifadə edən sürücülər də məsuliyyətə cəlb olunub.

Yoxlamalar zamanı polisin dur tələbinə cavab verməyən, hüquq-mühafizə orqanı əməkdaşları ilə mübahisə edən, hətta avtomobilini hadisə yerində qoyub qaçmağa cəhd göstərən sürücülər də olub.

Gücləndirilmiş iş rejiminə keçən Gəncə Dövlət Yol Polisinin rəhbərliyi bir daha xəbərdarlıq edir ki, yüksək tonlu səs siqnalları quraşdıran sürücülər, avtomobillərində pərdə və rəngli şüşələrdən istifadə edən sükan sahiblərinə qarşı ciddi mübarizə tədbirləri aparılacaq.

Diqqəti çəkən bir faktı da qeyd edək ki, qanunu pozan əsasən xarici markalı avtomobilləri idarə edən sürücülərdir. Növbəti reydlər isə axşam saatlarında aparılacaq. Bir sözlə, Gəncənin yollarında gücləndirilmiş iş rejimi davam edir.

\"\"

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня