Bakıda "Türkiyə qal!” şüarı "Takvim" yazır+Fotolar

Bakıda "Türkiyə qal!” şüarı "Takvim" yazır+Fotolar

Türkiyə Silahlı Qüvvələrinin atəşkəs rejimini müşahidə etmək və digər öhdəlikləri həyata keçirməsi üçün Azərbaycana gəlişi qardaş ölkədə ən çox danışılan, yazılan və müzakirə edilən mövzulardandır. SİA xəbər verir ki, Türkiyənin DHA xəbər agentliyinin reportajını “Takvim” qəzeti yayımlayıb.

Bildirilir ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasının ardınca Türkiyə ilə Rusiya sülhməramlıları Qarabağda birgə müşahidə missiyasını həyata keçirəcəklər.

“Bakıda isə bir qrup Azərbaycan vətəndaşı “Rusiya get, Türkiyə qal” şüarlarını çağırıblar”, deyə bildirilən xəbərdə qeyd olunur: “Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını geri almaq üçün cəbhə xəttində yazdığı tarixdən sonra Ermənistan Dağlıq Qarabağ bölgəsindən çəkilmə qərarı alarkən, həmin ərazilərdə yerləşəcək Rusiya sülhməramlıları da artıq işə başlayıblar”.

Nəşr yazır ki, sözügedən qrup Rəcəb Tayyib Ərdoğana yönəlmiş şüarlarında ona göstərdiyi qardaşlıq dəstəyinə görə minnətdarlıqlarını ifadə etməklə yanaşı, Türkiyə ordusunun Azərbaycanda qalmasını istədiklərini nümayiş etdiriblər.

“Azərbaycan vətəndaşları keçdiyimiz həftədən bu yana Bakı da daxil olmaqla küçələrdə bol-bol qələbəni qeyd edirlər. Əllərində Türkiyə bayraqları da olduğu görünən qardaş ölkənin vətəndaşları sıx-sıx Azərbaycan və Türkiyə lehinə şüarlar çağırırlar”, nəşr yazır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə