Müstəmləkəçi Fransa ilə işğalçı Ermənistanı nə birləşdirir? - BÖYÜK SUAL
İşğalçılıq, müstəmləkəçilik etalonu axtarmaq istəyən varsa, ona heç tərəddüd etmədən Fransanı göstərə bilərik. Tarixi faktlara inanıb bu ölkəni, (hərçənd özünü dünyaya kübar, mədəni cəmiyyət olaraq təqdim edir) dünyanın ən barbar toplumu kimi təqdim etmək olar. Fransanın törətdiklərinin nəticəsini göz önünə gətirib, dünyanın müxtəlif yerlərində yaşanan bu vəhşilikləri bəşəriyyətə, insanlığa qarşı törədilən ən ağır cinayət hesab etmək olar. Fransa müstəmləkəçiləri, indi fransızlara liderlik edən Makronun babaları da daxil olmaqla əvvəlcə bir qəbiləyə, topluma, dövlətə və ümumiyyətlə, dünyanın zəngin yeri haradırsa, ora - ölkələrə, insan məskənlərinə, cəmiyyətlərə əvvəlcə mülayimcəsinə yanaşıblar, onlara özlərini dost olaraq göstəriblər, içlərinə dalıblar, etibarlarını qazanıblar və... Və yerini möhkəmləndirəndən sonra isə onlara acımadan divam tutub, soylarını qurudublar. Ən yaxşı halda isə kölə edib Fransanın kübar, imkanlı ailələrində qul kimi satıb, qabaqlarında heyvan kimi işlədiblər.
Bugünkü Fransada yaşayan Əlcəzair əsilli ərəbləri gözünüzün önünə gətirin, onlar öz doğma evlərində fransız müstəmləkəçilərin soyqırımına məruz qalan insanların qohum-əqrəbalarıdır. Onlar Fransa vətəndaşları olsalar da, məhdudiyyətlər daim onları izləyir. Dövlət qurumlarında, önəmli postlarda çalışa bilməzlər. Bir sözlə ölkədə ikinci növ insan yox, beşinci növ insan deyəndə əlcəzairlilər yada düşür. Əslində Əlcəzair əsilli ərəblər də taleləri ilə barışıblar, dövlət qurumlarındakı ayrı-seçkiliyi bir qanunauyğunluq kimi qəbul edirlər.
İşğalçılıq tarixi ilə dünyadakı bütün ölkələri geridə qoyan Fransa bu gün yalançı soyqırımı mifologiyası ilə dünyanın zəhləsini tökən, Azərbaycan torpaqlarını işğal edən, 30 il beynəlxalq təşkilatların qərarlarını qulaqardına vuran ermənilərə və onların qondarma ölkəsi - Ermənistana dəstək verir. Yuxarıda dediyimiz kimi, illər boyu Afrika ölkələri fransız zülmü altında yaşayıblar. Fransanın işğal edib müstəmləkəyə çevirdiyi, illərlə sümürdüyü 200-dən çox ölkədə yaşatdığı zülm haqqında hətta Fransa mətbuatı da geniş və çeşidli məqalələr yazıb. Yaxın Şərqdə Misir, Suriya, Livan və müasir dövlətlərin ayrı-ayrı əyalətləri Fransa əsarətinin, zülmünün acısını dadıb. Atlantik okeanındakı adalar, Dominikandan Qvadelupaya, Qrenadaya qədər hamısı Fransa tərəfindən istismara məruz qalıb. Türkiyənin Avropa Birliyinə daxil olmasının qarşısını almaq üçün dəridən qabıqdan çıxan Fransa indiyə qədər “erməni soyqırımı”nı ard-arda bir neçə dəfə tanıyan, hətta “soyqırımını inkar edənlər”ə qarşı cinayət işinin açılması barədə parlament qanunu qəbul edən yeganə ölkədir.
Fransa tarixən elə bir qitə, materik olmayıb ki, orda ölkələri amansız istismara, xalqları qırğına, zülmə məruz qoymasın. Fransa tarixindəki qara ləkələrdən biri də Vel div basqınıdı. 1942-ci ilin iyul ayında Fransa hökuməti yəhudi olduğu üçün 4 mini uşaq olmaqla 13 min 152 insanı evlərinə basqın edərək çölə atdılar. 13152 insandan yalnız 25 nəfəri sağ qalıb.
Xocalıda, Ağdabanda, Zəngəzurda və digər işğal edilən torpaqlarımızda da ermənilər əliyalın insanları uşaqlı böyüklü qanına qəltan edirdi. Fransa hökuməti ilə erməniləri birləşdirən dəyərlərdən biri də elə insanlığa yönəlik bu vəhşilikdir. Afrikanın 35 faizini 300 il əsarətdə saxlayan Fransa milyonlarla günahsız insanı qətlə yetirib. 1572-ci ilin 24 avqust gecəsi baş verən "Varfolomey gecəsi" qırğınında ancaq protestant olduğu üşün 30 min insan öldürüldü. XIX əsrin əvvəlində Haitidə 100 min afrikalı köləni qazla qətlə yetirən, I Dünya müharibəsində 1 ayda 900 min afrikalının ölümünə səbəb olan Fransanın erməni sevgisi anlaşılandır. Vaxtilə
Günahsız əlcazairlilərin başını kəsib, onlarla şəkil çəkdirib, bu vəhşiliyi ilə öyünənlər fransızlar və onların dövləti Fransa deyildimi? İndi nə haqla öz dogma yurdunu işğalçılardan azad etməyə çalışan Azərbaycanı ədalətsizlikdə qınayır? Fransalıların vəhşiliyi bu gün ən dəhşətli qatillərin etdiklərindən daha dəhşətlidir. Fransa prezidenti Makronun işğalçı Ermənistana havadarlıq edir, bu gün Azərbaycan ordusunun qazandığı uğurlardan narahat olur və “Azərbaycanın Qarabağı geri qaytarmasını qəbul etməyəcəyik” deyə bəyanat verir. Bunun əvəzində tarix dərsindən daim "2" alan Makron Əlcəzairin Setif şəhərini təyyarələrlə bombalayarkən 45 min insanın qətlə yetirilməsi faktını elə öz ölkəsinin Tarix dərsliklərindən oxusun. 132 illik işğal zamanı Fransa Əlcəzairdə 100 minlərlə müsəlmanı qətlə yetirib. Qətlə yetirilən insanların sümüyünü isə şəkər zavodlarında istifadə etmək üçün Marselə daşıyırdılar. 1954-1962-ci illər ərzində Əlcəzairdə öz ölkəsini Fransa işğalından azad etməyə çalışdığı üçün 1,5 milyon əlcəzairlini öldürən də Fransa olub. Ruanda da 600 min insanın qətlə yetirilməsinə hərbi yardım edən Fransa bu gün eyni iyrənc, qanlı əllərini işğalçı ermənilərə uzadıb-yardım üçün.
Fransa şirkətləri bu günə qədər ermənilərlə əlbir olub, işğal altında olan torpaqlarımızın yeraltı, yerüstü sərvətlərini istismar ediblər. Kəlbəcərdəki qızıl yataqlarını istismar edən şirkətlərin arasında Fransa şirkətləri çoxluq təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB