Rusiyanın “məşuqəsi” Qərbin qucağında TƏHLİL

Rusiyanın “məşuqəsi” Qərbin qucağında TƏHLİL

Ermənistanın baş naziri kreslosunda oturan küçə nümayişçisi, hakimiyyətini qorumaq üçün hər şeyi edir. Bir zamanlar belində çanta küçələrdə gəzən küçə nümayişçisi, daha doğrusu küçə uşağının, hakimiyyətə gələndən sonra özündən əvvəlkiləri hakimiyyətdən uzaqlaşdırması, indi öz hakimiyyətini qorumaq üçün etdiklərinin yanında necə deyərlər, toya getməlidir.

Nikol bu iki il yarımda nələr, hansı təlxəklik etmədi? Özünü gülünc günə nə qədər qoydu və lağ hədəfinə neçə dəfə çevrildi? Beynəlxalq platformalarda onun düşdüyü, daha doğrusu özünü saldığı rəzil vəziyyət təkcə erməni cəmiyyətinin deyil, elə bizim də, dünya ictimaiyyətinin də diqqətindən yayınmadı. Fikirlərinin biri digəri ilə üst-üstə düşməyən, əksinə, sözlərinin biri digərini təkzib edən bu dırnaqarası diplomatın “nə yuvanın quşu” olduğunu bütün dünya gördü. Hərçənd, bu gün həmin “o yuvanın quşunu”, Makronun timsalında “başqa bir yuvanın quşları” müdafiə etməyə çalışırlar. Amma, çox gecdir və Nikol özünü elə bir günə salıb ki, onu həmin gündən xilas edəcək qüvvə tapılmaz.

Ölkəsini ikicə ilə bu fəlakətli duruma çatdıran birinin indi öz durumu da acınacaqlıdır. Qaçıb bunkerdə gizlənən, bağ evinə sılahlı mühafizə ilə sığınan birinin qorxusu anlaşılandır. Çünki, erməni xalqının əlinə keçəcəyi təqdirdə dərisinə nə təpiləcəyinin fərqində olan birinin qorxuları təbiidir. Amma, təbii olmayan odur ki, bu adam ölkəsində istefa tələbi ilə günlərlə hökm sürən mitinqlərin, etirazçıların nümayişlərinin fonunda, siyasi partiyaların, parlament təmsilçilərinin istefa çağırışlarının müqabilində hələ də kreslosundan bərk-bəkr yapışıb və özü getmək əvəzinə mitinqə toplaşan etirazçıları göndərir müvafiq hesab etdiyi yerə. Hələ bu küçə uşağı ölkəsində məxməri inqlab, demokrayiya, söz azadlığı deməyə olmayan üzündə üz də tapır.

Maraqlıdır, özündən əvvəlkindən, Serj Sarkisyadan istefasını istəyən və kütlənin tələbini bunun üçün əsas gətirən bu küçə uşağından indi həmin o kütlə deyilmi istefa tələbi edən? Kütlənin tələbini bir zaman əsas sayan biri indi bunu heçə sayır. Bu, Ermənistana məxsus demokratiyadır, azadlıqdır, yoxsa Paşinyanın Qərbdən gətirdiyidir? Amma hər bir halda erməniləşmiş demokratiya, erməniləşmiş “dəyərlər” sayıla bilər.

Kreml bu iki il yarımda Ermənistanın baş naziri postunu zəbt edən naşıya, Nikola müxtəlif mesajlar verdi. Sonuncu isə ya qanmadı, ya da özünü qanmazlığa qoydu. Yeri gəlmişkən, Nikol Paşinyan elə Dağlıq Qarabağ məsələsi ilə bağlı mesajları da qanmazlıqla qarşıladı və hətta reaksiya vermək əvəzinə, gedib işğal etdikləri ərazilərdə qol qaldırıb oynayaraq təlxəklik etməyi üstün hesab etdi. Onun bu “oynaqlamağı” təbii ki, özünə və xalqına baha başa gəldi, amma indi yaxasını kənara çəkməsi heç ədalətli deyil ki, bunu da erməni cəmiyyəti ondan ən azından ədalət naminə desək, haqlı olaraq tələb edir.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, danışıqlarla əlaqədar əvvəllər mövcud olan prinsplərlə bağlı Nikola xatırlatmalar etdisə də, o bunu görməməzliyə, eşitməməzliyə vurdu. Analitiklər Simonyan, Solovyev, Şahnazarov, Babayan, Baqdasarov, Kurqinyan, Zatulin və başqaları, Nikolun “Soros” hökumətini, bu hökumətin anti-Rusiya siyasətini kəskin tənqid etməyə başladılar. Amma, görünür yenə də ya qanmadı, ya da qanmazlıq etdi ki, indi açı nəticələri ilə üz-üzə qalıb.

Müharibə, Ermənistanın təslim olması ilə başa çatandan sonra, Rusiya televiziyalarında müxtəlif siyasi proqramlar yayımlanır ki, bu proqramlarda da küçə nümayişçisi qınaq obyektinə çevrilib. Yenə də başda elə baş nazir olmaqla, erməni səlahiyyətliləri guya bunu "görmür", ya da ki, görməzdən gəlir. Hətta, bir zamanlar erməniləri, onların mövqelərini müdafiə edən tanınmış teleaparıcı Solovyev indi öz efirindəcə etiraf edir ki, qələbə Azərbaycanın, onun Ali Baş Komandanı Cənab İlham Əliyevin haqqı idi və bu haqq da təmin edildi. O, çox əsəbi halda bildirir ki, özləri günahkar olan ermənilər indi cürət edib rusları da günahkar adlandırırlar və bu absurddur. Teleaparıcı bunu da onunla izah edir ki, Nikolun hakimiyyət kürsüsünü zəbt etməsində məhz erməni xalqı deyilən toplumun, küçələrə toplaşan kütlənin günahı var və bu halda Rusiyanı günahlandırmaq həyasızlıqdır. Amma, təbii ki, Solovyev kimiləri üçün də bu bir dərs oldu və çoxdandır Qərbin qucağına özünü atan, Sorosun alətinə çevrilən Ermənistanın əsl simasını, daha doğrusu simasızlığını onun özü də, onun timsalında erməniləri müdafiə edən ruslar da görməli idi.

Ermənistanı Rusiyanın "məşuqəsi" adlandıran, sonra da ruslara “xəyanət” edərək ölkəsini Qərbin qucağına atan birindən nə kimi gözləntilər ola bilər axı? Əsrlər boyu rusların hesabına mövcudluğunu qoruyub saxlayan haylar Rusiyaya qarşı çıxanda onların xəyanətkar olmaları barədə gec də olsa qənaətə gəlinməli idi bəziləri tərəfindən. Amma, hər bir halda bu xəyanətkarlıqları çuvalda gizlənə bilməyən cüda kimi hər zaman özünü göstərəcək. Bu, keçmişdə zamanda da belə olub, indi də belədir, gələcəkdə də belə olacaq, çünki, ermənilərin xəyanətkar xisləti dəyişilməz olaraq qalır. Bu xəyanətkarlıqları fonunda, Nikol özü dediyi kimi, Rusiyanın “məşuqəsi” olan Ermənistan indi ruslardan çox uzaqlaşıb və “şər iblisi” sayılan Sorosun iyun meydançasına çevrilməklə, Qərbin qucağında məskunlaşıb. Britaniya banklarını bircə gecədə çökdürən bir “iblis” üçün belə bir məqamda Ermənistanın altını üstünə çevirməsi bir udum su içmək kimi asan məsələdir. Heç şübhəsiz ki, Qərbin ağuşunda ikən Rusiyadan sədaqət uman simasızı xəyanətləri müqabilində ermənilər, ruslar tanıdığı kimi, Soros əmiləri də yaxşı tanıyırlar. Bu baxımdan, kütlənin, erməni cəmiyyətinin istefa tələbləri fonunda Nikol Paşinyanın vəziyyətdən çıxmaq, hakimiyyətini qorumaq cəhdləri boş ümidlər, puç arzular, mənasız çabalardan başqa bir şey deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə