Rusiya Türkiyəyə 70 milyon dollar dəyərində silah satıb

Rusiya Türkiyəyə 70 milyon dollar dəyərində silah satıb

Rusiya Türkiyəyə böyük həcmdə tank əleyhinə "Kornet-E" raket kompleks sistemi satıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu "Rosoboroneksport"un direktorlar şurasının baş məsləhətçisi Anatoliy Aksyonov deyib. Onun sözlərinə görə, müqavilə iki il bundan öncə imzalanıb: "Hazırda isə Rusiya tərəfi imzalanan müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib. Eyni zamanda Türkiyə tərəfi təslim olunan malların ərsəyə gəlməsində özü də iştirak edib. Hələ ki, həmin mallarla bağlı heç bir problem yaşanmayıb".


Tərəflər arasında müqavilə 2008-ci ilin avqust ayında imzalanıb. Qeyri-rəsmi məlumatlara əsasən müqavilənin dəyəri 70 mln dollardır.

Qeyd edək ki, Türkiyə NATO-ya üzv olan yeganə ölkədir ki, Rusiyadan silah alır.

Bütün xəbərlər Facebook səhifəmizdə