Əli Əhmədov: “Eurovision” müsabiqəsindəki qələbə Azərbaycanın yüksəlişinin təcəssümü və ifadəsidir\"
"Eurovision" mahnı müsabiqəsindəki qələbə Azərbaycanın həyatını müşahidə edən nailiyyətlərin, yüksəlişin təcəssümü və ifadəsidir". Bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu qələbə Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkə reallıqlarını bütün dünyaya çox gözəl şəkildə nümayiş etdirə bilib. Onun sözlərinə görə, gələn il Bakıda keçiriləcək növbəti müsabiqədə bir daha Azərbaycan gerçəkliklərinin dünyaya təqdim olunması üçün şərait olacaq: "Bu qələbə Azərbaycan ifaçılarının professionallığının sübutudur. Bəzi hallarda Azərbaycana qarşı ikili standartlar mövqeyindən yanaşmalar olur. Biz bu ikili yanaşmalar mövqeyini qəbul etmirik. Azərbaycanın Avropa müsabiqəsində qalib gəlməsi bir reallığı açıq şəkildə göstərdi ki, Qərbin sadə insanları özlərinin bəzi siyasətçilərindən fərqli olaraq daha ədalətli, daha obyektiv olurlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB