Ölkəmizi müstəqilliyə aparan hər bir tarix bizim üçün əzizdir - AÇIQLAMA

Ölkəmizi müstəqilliyə aparan hər bir tarix bizim üçün əzizdir - AÇIQLAMA

"Bu gün xalqımız Milli Dirçəliş Gününü qeyd edir. Bu, xalqımızın sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasətinə etirazın ifadəsi kimi başlayıb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib

Deputat bildirib ki, 17 noyabrda xalq Azadlıq meydanına axışmaqla öz etiraz səsini ucaldaraq mitinqlərin keçirilməsinə başlanıldı: "Bu mitinqlər Azərbaycanın milli azadlığa keçən yolun başlanğıcı idi. Əgər 1988-cı ilin əvvəlində Dağlıq Qarabağ məsələsində ermənilərin separatçılıq meylləri ilə öz niyyətlərini həyata keçirmək istəyirdilərsə və xalqımız ədalətsiz mövqe sərgilədiyinə görə sovet maşınına etirazlarını bildirməyə başlamışdılarsa, bu gün 17 noyabr həmin ərazilərimizi işğaldan azad edilərək erməninin dizinin yerə vurulduğu tarixdir".

A.Badamov vurğulayıb ki, ümumiyyətlə SSR-nin dağılmasına aparan kütləvi etiraz mitinqlərin başlanğıcı 17 noyabr 1988-cı ildə Bakıdan başlanıb: "Bu etiraz dalğası daha da genişləndi və 1991-ci ildə sovet rejiminin dağılmasına gətirib çıxadı, o cümlədən Azərbaycan da öz müstəqilliyinə qovuşdu. Təbii ki, ölkəmizi müstəqilliyə aparan hər bir tarix bizim üçün əzizdir. O cümlədən 17 noyabr Milli Dirçəliş Günü kimi Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş tarix".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə