Ermənistan parlamentində - Boykot

Ermənistan müxalifəti Milli Məclis toplantısını boykot edib. SİA hayeli.am saytına istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” və “Parlaq Ermənistan” partiyalarından olan millət vəkilləri Milli Məclisin hazırkı gündəmini boykot ediblər.

Məlumatda qeyd olunur ki, 17 noyabr tarixində müxalifət təmsilçiləri nümayişkəranə şəkildə parlamentin iclas salonunu tərk ediblər. Onlar gözləyirlər ki, baş nazir Nikol Paşinyanın vəzifəsindən istefa etməsi, hazırda Milli Məclisin gündəliyində bir nömrəli məsələ olmalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə