“Nə qədər adam fərrarilik edib. Onların xunta başçısı gizlənmişdi bunkerdə. Burnunu belə çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?! Biz Ermənistan ordusunu çökdürdük!”. SİA-nın verdiyi məlumata görə, bunu Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib.
Prezident qeyd edib ki, eyni zamanda Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik: "Paşinyan isə son 2 il ərzində öz ölkəsini məhv edib, sadəcə olaraq fikirləşir ki, necə öz canını qurtarsın erməni xalqının qəzəbindən".
Dövlət başçısı əlavə edib ki, biz Koçaryan, Sarqsyan ordusunu məhv etdik: "Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını belə soxa bilmədilər Dağlıq Qarabağ ərazisində. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünə vurmusunuz saxta qəhrəman ordenlərini. Çıxardın atın yeşiyə o dəmir-dümürləri. Sizi biz məğlub etmişik, Paşinyan heç kimdir! Sizi – Koçaryan və Sarqsyan! Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik. Sizin ordunuzu biz məhv etmişik!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB