Ermənilər Paşinyanın istefasını tələb edir

Ermənilər Paşinyanın istefasını tələb edir

İrəvanın Azadlıq Meydanında Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, 17 müxalifət partiyası tərəfindən bu gün İrəvanın Azadlıq Meydanında təşkil edilən mitinqdə Nikol Paşinyanın istefası tələb edilib.

Qeyd edək ki, şənbə günü Azadlıq meydanında müharibədə şəhid olanların xatirəsinə şam yandırma mərasimi təşkil edilmişdi və bu səbəbdən bazar günü də mitinq keçirilməmişdi.

Xatırladaq ki, etirazçılar baş nazir və hökumətin istefası ilə yanaşı müvəqqəti hökumətin qurulmasını da tələb edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə