“Şuşa çox bədbəxt şəhər idi” Nikol Paşinyan

“Şuşa çox bədbəxt şəhər idi” Nikol Paşinyan

"Şuşanın satıldığını deyirlər. Şuşanı kim satdı? Şuşa satılıbsa, son 30 ildə satılıb və Şuşa çox bədbəxt, boz bir şəhər idi". SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.

“Şuşaya ehtiyacımız var idi? Əgər ehtiyacımız var idisə, onda niyə belə bir vəziyyətdə idi? Bu azad edilmiş ərazilərə ehtiyacımız var idi? Əgər olsaydı, onda niyə bu gündə idilər? İndi isə mənə deyirlər ki, qondarma rejim prezidentinin andiçmə mərasimi niyə Şuşada keçirilib? Təsəvvür edin, 30 il ərzində bütün erməni elitası inanırdı ki, Şuşa Dağlıq Qarabağ şəhəridir və qondarma rejim prezidentinin orada tədbir keçirmək hüququ yoxdur. Şuşa şəhəri başlıqlara yazıldığı zaman təslim edildi”, deyə Nikol Paşinyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə