Erməni tərəfdən bir neçə yüz hərbçi itkin düşmüş kimi qeyd olunur. SİA “Sputnik Armeniya”-nın yayımladığı məlumata istinadən xəbər verir ki, bu sözləi baş nazir Nikol Paşinyan, bazar ertəsi işğalçı ölkənin Kütləvi İnformasiya Vasitələrinin suallarını cavablandırarkən deyib.
Ermənistanın baş naziri qeyd edib ki, ölən hərbçilərin cəsədlərinin tapılması prosesi başa çatdıqdan sonra milli matəm günü elan olunacaq.
“Qarabağdakı döyüş əməliyyatları zamanı erməni hərbçilərinin ölüm sayı təxminən 2400 nəfərdir və yüzlərlə əsgərin itkin düşdüyü bildirilir.”, deyə baş nazir bildirib.
İşğalçı hökümətin başçısı itkin düşənlər siyahısında olanlardan bəzilərinin hələ də sağ qalmalarına ümid etdiyini bildirib. Baş nazirin sözlərinə görə, milli matəm günü cəsədlərin tapılması prosesi başa çatdıqda keçirilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB