Paşinyan: Qarabağla bağlı razılaşma dəyişdirilə bilməz

Paşinyan: Qarabağla bağlı razılaşma dəyişdirilə bilməz

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı razılaşmaların dəyişdirilməsinin real perspektivini düşünmür. O, 9 noyabr tarixli üçtərəfli bəyanatda yer alan maddələrin yenidən nəzərdən keçirilməməsi lazım olduğunu söyləyib.

“Müqaviləni dəyişdirmək cəhdi, hərbi vəziyyətin dəyişməsi deməkdir. Bu gün real deyil. Danışıqlar aparmaq lazımdır, çünki sənəddə şərh tələb edən müddəalar var və biz ən yaxşı təklifləri həyata keçirməyə çalışacağıq”,- İnterfaks Paşinyandan sitat gətirir.

Baş nazir Qarabağda baş verənlərə görə şəxsən məsuliyyət daşıdığını da vurğuladı. Eyni zamanda, qeyd edib ki, “müəyyən bir mərhələdə danışıqlar prosesi geri dönmə nöqtəsindən keçdi, çünki ərazilərin qeyd-şərtsiz verilməsinə dair beynəlxalq konsensus yaradıldı. Bu, İrəvana yaraşmayan haldır, ancaq erməni tərəfi şərtlərində israr edə bilmədi- deyə o bildirib.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə