Mikael Minasyan: “Rusiya Ermənistanın yerinə danışıqlar aparır”
“Müharibə başlayandan bəri dörd tərəf olub: ordu, müttəfiq, satqın hakimiyyət və düşmən”. SİA xəbər verir ki, bunu “Facebook”da Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan yazıb. O, iddia edib ki, hakimiyyətin xaotik, məntiqsiz və siyasi müdaxilələrinə baxmayaraq, “ordu döyüşüb”.
“Kömək lazımınca olmaya bilər, amma heç vaxt qiymətləndirilməmiş ola bilməz”, yazan Minasyan bildirib ki, Rusiya Ermənistanın cənubunu saxlayıb və Yersaxdan Mehriyə qədər sərhədlərin toxunulmazlığını təmin edib: “Rusiya Ermənistan respublikasında müharibəni saxlayıb. Müharibənin ilk günlərindən Rusiya erməniyönümlü əsaslı təkliflər irəli sürüb”, yazan Minasyan əlavə edib ki, fəlakətin baş verməməsinə yol açmaq yerinə hakimiyyət bütün təklifləri rədd edib və məsələni kapitulyasiyaya qədər gətirib çıxarıb: “Detallar çoxdur: hərbi yardımdan diplomatik işlərə və o cümlədən, Ermənistanın yerinə bizim qonşularımızla danışıqlar aparmağına qədər. Bugünlərdə Ermənistanın kompleks hörümçək torunda ilişib-qaldığı bir zamanda Rusiya fəlakətli fəaliyyətsizliyi görüb bütün bunları aradan qaldırmaq missiyasını üzərinə götürdü”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB