"Kəlbəcərin təhvil verilməsi müddətinin uzadılması barədə birmənalı izah edilməyən qərarın ardınca "Rossiya " TV-nin "Vesti" proqramının məşhur aparıcısı Kiselyov bir məsələdə Azərbaycanı və Ermənistanı əsassız şəkildə elə bərabərləşdirdi ki, bunun "qərəz"dən başqa adı yoxdur. Dedi ki, Dağlıq Qarabağda Ermənistanın tərəfində xaricdən etnik ermənilər və kürdlər, Azərbaycanın tərəfində isə 2 mindən artıq xarici muzdlu döyüşürdü. Nə deyəsən belə "ədalətə?" Azərbaycana münasibətdə qərəz haradadır?". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspert bildirib ki, əvvala, Ermənistanın tərəfində etnik əcnəbi ermənilərin və kürdlərin vuruşduğu yeni kəşf deyil ki: "Bunu Paşinyan və indiki prezident Armen Sarqsyan özləri açıq deyiblər. Muzdluların olduğunu gizlətmək üçün onları guya "vətənpərvər diaspor erməniləri" kimi qələmə verməyə çalışıblar. İndi Kiselyov da onlar kimi sadəcə xarici ermənilər və kürdlər ifadəsi işlədir. İkinci, Azərbaycan yüz dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, bizim 100 minlik nizami ordumuz və böyük səfərbərlik ehtiyatımız olduğu üçün muzdlulara heç bir ehtiyacımız yoxdur. Rusiyadan və Fransadan sübutlar da istədik, sübut verə bilmədilər. Hətta bizim Prezident dedi ki, gəlin müvafiq strukturlarımızdan ibarət birgə işçi qrup yaradaq və məsələni araşdıraq. Rusiya və Fransa yenə yaxına gəlmədilər. Təbii ki, sübut təqdim edə bilməyəcəklərini bildikləri üçün".
A.Quliyev bildirib ki, həm də Kiselyov bu feyk iddianı Narışkinə-Rusiya kəşfiyyatının başçısına istinadən dedi: "İndi söz cavab verməyə borclu olan Azərbaycan XİN-ə və Kəşfiyyatımıza məxsusdur. Prezident Əliyevin məlum bəyanatının təkzibolunmaz faktlarla müdafiəsinə ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB