"Qurtuluş barədə eşitməyə getdim, amma eşitmədim" "Hraparak" qəzeti yazır
Nikol Paşinyan bir neçə gündür ki, bunkerdən çıxmır, gizlənir. SİA xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır.
Qəzet yazır ki, dünənki gün erməni baş nazir “Mənim addımım” fraksiyasının millət vəkillərini hökumətə məxsus bağ iqamətgahında qəbul edib. Mənbənin məlumatına görə, bu, təslim olandan sonra Paşinyanla ilk görüş idi.
“Paşinyan bunun, təslimiyyətin niyə baş verdiyindən uzun müddət danışdı, son dediklərini bir də təkrarladı, ordunu ittiham etdi, bu addımı atmağa məcbur olduğunu söylədi. Qurtuluş barədə, bir şeyləri xilas etmək üçün hələ gec olmadığını eşitməyə getdim, amma təəssüf ki, eşitmədim. Paşinyan çətin anda komandanı tərk edənlərin xain olduqlarını və layiqli cavab alacaqlarını söylədi və çıxışı yenə də xaotik və ziddiyyətli oldu", deyə nəşrin mənbəyi bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə