“Ermənistan hakim partiyasında narazılar, partiyanı tərk edənlər var” Ermənistan mətbuatı yazır
Bəzi millət vəkilləri "and içəcək" fraksiya sıralarından çıxmağa cəsarət edir və "kollektiv qınama" halları da istisna deyil. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Qarabağla bağlı Ermənistan hakimiyyətinin son açıqlamaları və cəmiyyətdəki şiddətli rezonans hakim "Mənim addımım" bloku daxilində parçalanmalara səbəb olub.
Eyni zamanda, “Past” qəzet də yazır ki, Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyasında Qarabağla bağlı mövcud razılaşmalara görə narazılıq yaranıb və bu narazılıq artmaqda davam edir.
Artıq bir neçə millət vəkili fraksiyanın bununla bağlı son açıqlamasından xəbərsiz olduqlarını etiraf ediblər və bildiriblər ki, Nikol Paşinyan tərəfindən imzalanan sənəd üzündən sakitcə küçəyə çıxa bilmirlər və buna görə də narazıdırlar.
Fraksiya rəhbərliyi indi axının qarşısını almaq, insanların fraksiyanı tərk etməsinin qarşısını alması üçün əlindən gələni edir. Qəzetin qeyd etdiyi kimi, Vardan Atabekyanın timsalında qrupdan çıxan bir qrup deputatın evinə fraksiya rəhbərinin dırnaqarası gecə "səfəri" digərlərinin "gəmidən qaçmağa" cəsarət etməmələri üçün bir işarə hesab olunur.
Nəşrin mənbələri bəzi millət vəkillərinin fraksiyadan çıxmağa "and içəcəyini" xəbər verirb. Hələ də hakim partiyanı tərk edəcək insanların olduğu da bildirilir. Bu tendensiya yuxarı eşalonlarda nəzərə çarpmasa da onsuz da müşahidə edilməkdədir.
Bir qədər əvvəl məlum olub ki, “Mənim addımım” blokundan olan deputat Vardan Atabekyanın Qarabağ məsələsində öz komandası ilə fikir ayrılıqlarına görə fraksiyanı tərk edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB