"Azərbaycan üçün bu format tarixə qovuşmalıdır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan üçün bu format tarixə qovuşmalıdır" ÖZƏL-MÜNASİBƏT

"ATƏT-in Minsk qrupunun həmsədrləri formatında yenidən danışıqların başlanması üçün yeni bir mərhələ hazırlanır. Rusiya XİN rəhbəri S.Lavrov və Ermənistan XİN rəhbəri Z.Mnatsakayan bu istiqamətdə həmsədr formatında siyasi həll yolunu nizamlanmanı vurğulayır. Sergey Lavrov və Z.Mnatsakanyan Minsk formatı çərçivəsinə ona görə qayıtmaq istəyirlər ki, bu format Azərbaycana qarşıdır və Türkiyənin burada siyasi rolunun qarşısını almağa bununla hesablayırlar. Xüsusilə Fransa burada əsas təşəbbüs göstərir". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, məhz Rusiya XİN rəhbəri Qarabağla bağlı prosesləri Minsk qrupu ölkələri ilə bölüşdüklərini qeyd edir: "Minsk qrupu artıq sentyabrın 27-dən öz funksiyasını itirib. Bu, format uzun illər işğala dəstək vermək və Ermənistanın mənafelərinə xidmət edib. Müharibənin ilk günüdən Fransanın vasitəçiliyini birtərəfli şəkildə işğalçı ölkənin yanında olduğu təsbit olunub. Bundan sonra, Minsk qrupu formatına ehtiyac varmı buna diqqətə edilməlidir. Azərbaycan Minsk qrupu formatında danışıqlara ona görə sadiq idi ki, Ermənistanın həll varinatlarını qəbul edib, münaqişənin həlli sürətlənəcək. Amma, Minsk qrupu bu istiqamətdə fəal olmadı. İndi isə, Azərbaycan hərbi yolla status-kvonu dəyişdi və Ermənistan kapitulyasiya sənədinə imza atdı. Minsk qrupu artıq post-müharibə dövrü üçün deyil. Azərbaycan öz ərazi bütövlüyünü dekabrın 1-kimi həll edəcək. Minsk qrpunun iştirakı olmadan Ermənistan bəyannaməyə imza atıb. Göründüyü kimi həmsədlər formatına ehtiyac qalmamlıdır. Artıq siyasi danışıqlar prosesi Ankara-Moskva-Bakı və Yerevan arasında aparılmaqla yeni bir format yaraddılıb. Rusiya və Ermənistan XİN rəhbərliyi Fransanı prosesə qoşmaq üçün yeni təmaslara keçib. Azərbaycan Minsk formatına xüsusilə Fransanın yer aldığı danışıqlar qatılmamalıdr. Artıq Azərbaycan qalib tərəfdir və Ermənistan və Fransa yeni planla əsasən, Qarabağa hərhansı statusun verilməsi istiqamətindədir. Azərbaycan qəti şəkildə bəyan edib ki, status olmaycaq. Belə olan təqdirdə, Minsk formatı çərçivəsində danışıqlar getmək əleyhimizə ola bilər. Azərbaycan üçün bu format tarixə qovuşmalıdır. Türkiyə və Rusiya arsında sülhməramlı və digər məsələlərlə bağlı müqavilələr və razılaşmalar var. Yeni bir siyasi mərhələyə keçilib və Azərbaycanı növbəti dəfə status məsələsinə sövq etmək istəyirlər. Türkiyə, Rusiya və Azərbaycan arasında bu məsələ bitib. Azərbaycan xalqı və siyasi camesi, başda Ali Baş komandan olmaqla status məsələsinin əleyhinədir və bu haqda müzakirə yeni problemlərə gətirib çıxara bilər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə