Nikol Paşinyan və Arayik Harutyunyanın rəhbərlik etdiyi erməni xalqı məğlub olmağa məhkum idi. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Siyasi İqtisadiyyat" Araşdırmalar İnstitutunun rəhbəri Andranik Tevanyan özünün Facebook səhifəsində "Təslimiyyət necə doğuldu?" başlığı altında yazıb.
Məlumata görə, institutun rəhbəri qeyd edib ki, müharibənin qarşısını almaq olardı.
"Bəli, Nikol Paşinyan qəsdən və ya ağılsızlıqla danışıqlar prosesini çıxılmaz vəziyyətə gətirməsəydi, Ermənistan-Rusiya, Ermənistan-İran münasibətlərini korlamamış olsaydı müharibə olmazdı. Bu müharibədə isə Ermənistan qələbə qazana bilməzdi. Nikol Paşinyan və Arayik Harutyunyanın rəhbərlik etdiyi erməni xalqı məğlub olmağa məhkum idi", deyə Andranik Tevanyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB