"Ermənistan Qarabağdan gələn ermənilərin problemlərini həll edə bilmir” Mikael Virabyan

"Ermənistan Qarabağdan gələn ermənilərin problemlərini həll edə bilmir” Mikael Virabyan

Ermənistandakı qondarma rejimin əməliyyat qərargahının əsas vəzifəsi, Ermənistana köçən Dağlıq Qarabağda yaşayan ermənilərin sosial-iqtisadi problemlərini əlaqələndirməkdir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri əməliyyat qərargahının koordinatoru, qondarma rejimin əmək və sosial məsələlər naziri Mikael Virabyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Bu müddət ərzində qərargah bir sıra sosial, hüquqi, sağlamlıq və təhsil problemlərini həll edə bildi. İnsanların mənzil, yemək, isti geyimdən tutmuş digər məsələlərə qədər bir çox problemi var. Gün ərzində əməliyyat qərargahını 300-dən çox insan ziyarət edir və minlərlə zəng qəbul edilir", deyə Virabyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə