Ermənstan məmurları Qarabağ ermənilərini təhdid edirlər "HRAPARAK"

Ermənstan məmurları Qarabağ ermənilərini təhdid edirlər "HRAPARAK"

Ermənistan məmurları Qarabağdan qaçan erməniləri yaşayış yerləri ilə təmin etməyəcəkləri ilə hədələyirlər. Buna səbəb həmin ermənilərin baş nazir Nikol Paşinyana qarşı keçirilən aksiyalarda iştirak etmələri və istefaya göndərilməsi ilə bağlı irəli sürdükləri tələbləridir. SİA xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə, qubernatorlar, rayon rəhbərlikləri, habelə bir sıra otel və sığınacaqların sahibləri əvvəlcədən qarabağlı ermənilərə xəbərdarlıq edirlər.

“Artıq bir neçə gündür ki, biz Dağlıq Qarabağdan qaçqın düşmüş insanlardan həyacanlı siqnallar eşidirik. Belə ki, kiçik hakimiyyət məmurları onlardan Paşinyan əleyhinə minitqlərdə iştirak etməməyi tələb edirlər”, yazan erməni nəşri əlavə edib ki, hətta mitinqləri kənardan müşahidə edən məmurlar belələrini görərkən, onları qeydə alırlar, sonradan isə yaşayış yerlərinən məhrum edirlər.

“Biz bir-birinin ardınca bütün qubernatorlara zənglər etdik ki, bu məlumatın dəqiqliyini öyrənək, lakin bizim zənglərimizə kimsə cavab vermədi”,- “Hraparak” yazır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə