İrəvan küçələrində "Nikol vətən xainidir" şüarları səngimir - MİTİNQ - VİDEO
Bu dəqiqələrdə Ermənistanın paytaxtı İrəvanın küçə və meydanlarında minlərlə erməni nümayişçi "Nikol vətən xainidir" şüarları ilə mitinq keçirirlər. SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, nümayişçilər Baş nazir Nikol Paşinyandan altı həftə davam edən döyüşlərdən sonra kapitulyasiya sənədinə imza atmasının və ölkənin bu hala düşməsinin səbəblərini öyrənməyə çalışırlar.
Mənbə xəbər verir ki, mitinqə toplaşan narazı kütlənin əsəs tələbi baş nazirin və onun komandasının istefasıdır. Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət elan olunduğundan seçkilərin keçirilməsi üçün hüquqi müstəvi də yoxdur. Belə ki, Ermənistan cəmiyyəti iki daş arasında qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB