Bu sənədə və onu gizli imzalayan xain şəxsə qarşı mübarizə güzəştsiz olmalıdır. SİA Ermənistana məxsus armenianreport.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu açıqlamanı bir qədər əvvəl “Rodina” partiyasının lideri, general-mayor Artur Vanesyan verib.
“Qarabağı xaincəsinə təslim edən xain Nikol, bu sənədə və ona qarşı mübarizə aparan bir sıra müxalifət liderlərini saxlatdırıb, həbs etdirib. Sizi əmin edirəm ki, bu siyasi və xain həbslərlə səsimizi boğmaq mümkün deyil. Xain getməlidir”, deyə Artur Vanesyan bildirib.
Vanetsyan həbsxanada və ya azadlıqda olacağından asılı olmayaraq şəxsən bu sənədin tətbiqinə və xainə qarşı barışmaz mübarizəsini davam etdirəcəyini qeyd edib. O, erməni xalqını ləyaqəti naminə birləşmiş mübarizəni davam etdirməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB