Gevork Kostanyan: “Azərbaycana 50 milyard dollar ödəməliyik” FAKT
Ermənistanın sabiq baş prokuroru Gevork Kostanyan bəyanatla çıxış edib. SİA xəbər verir ki, onun bəyanatını işıqlandıran news.am yazır. SİTAT: “Bu sənədlə biz nəinki əraziləri itirdik, həm də Ermənistanın üzərinə 50 milyard dollar öhdəlik qoyuldu ki, ona görə biz və bizim nəsillərimiz ödəməli olacağıq”.
Kostanyan hələ iki il əvvəl xəbərdarlıq etdiyini xatırladıb və bildirib ki, həmin xəbərdarlığında Azərbaycanın Ermənistana qarşı kompensasiya ilə bağlı iddia hazırladığını deyib. Belə ki, Ermənistan Qarabağda və yeddi rayonda Azərbaycana material ziyan vurub. Eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatı cəlb edərək, zərərin hesablanmasını müəyyən edib və onun dəyəri 50 milyard dollarla ölçülüb.
Sabiq baş prokuror Azərbaycan Prezidentinin həqiqətən də Ermənistana qarşı iddia qaldırması barədə hazırlıq işlərinin aparılmasını bəyan etdiyini də deyib.
“İnanıram ki, bu istiqamətdəki işlər aktivləşib, belə ki, Ermənistanın baş naziri noyabrın 10-da məlum sənədə imza atmaqla etiraf edib ki, Ermənistan respublikası öhdəlik götürən subyektdir və bu vasitə ilə istənilən zərərə görə məsuliyyət daşıyır”, deyə Kostanyan bəyanatında bildirib. SİTAT: “Bütün məsuliyyətimlə xəbərdarlıq edirəm ki, əgər biz zamanında Nikol Paşinyan tərəfindən imzalanan rüsvayçı sənədə qarşı savadlı və hüquqi əks-zərbə tədbirləri görməsək, bizim və gələcək nəsillərimiz üçün ciddi maliyyə problemləri də yaranacaq”.
Ermənistanın keçmiş baş prokuroru qeyd edib ki, hadisələrin müvafiq inkişafından yayınmaq üçün Nikol Paşinyanın istefaya getməsi vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB