Nikol Paşinyan özünü sərsəm fikirləri ilə təmizə çıxarmağa cəhd edir ANALİZ
Müxalifət və xalq isə onu bağışlamayacağını və dərhal istefasını tələb edir
“Belə bir kədərli sənədə imza atmaqla bilirdim ki, mən nəinki siyasi, həm də fiziki təhlükə altındayam, lakin mənə 25 min əsgərin həyatını qorumaq daha vacib idi”. SİA xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib.
“Nəyə görə istefa vermədim, sənədə imza atmamaq üçünmü? Bu, fərarilik və ağır situasiyanı başqa liderə saxlamaq cəhdi olardı”, deyə özünü təmizə çıxarmağa səy göstərən Paşinyan yenidən sərsəm olduğunu növbəti ifadələri ilə sübut edərək bildirib ki, həmin sənəd Qarabağ münaqişəsinin birdəfəlik həllini nəzərdə tutmur: “Bu sənəd Qarabağda müharibənin dayandırılması üçündür. Qarabağ münaqişəsi onda olduğu kimi, indi də həll edilməyib”.
Erməni baş nazir xalqı necə və nəyə görə aldatdığını da etiraf etmək məcburiyyətində qalıb, eyni zamanda guya “üç orduya” qarşı döyüşdüklərini (?!) iddia edən gülünc düşüncəsini bölüşüb: “Mən və Qarabağın “prezidenti” (dırnaqlar bizimdir) kədərli vəziyyətlə bağlı situasiya barədə tam informasiya vermirdik. Biz Qarabağın hər santimetrini saxlamaq üçün hər şey edirdik. Biz “üç orduya” (dırnaqlar bizimdir) qarşı savaşırdıq. Ancaq təəssüf ki, biz tam ölçüdə bizim ordumuzu dəstəkləyə bilmədik”.
Erməni baş nazir: “Biz əvvəlki hakimiyyətin nümayəndələrinə imkan verməyəcəyik ki, ölkədə xaos yaratsınlar”
“Hə, imzalanmış sənəd Ermənistan üçün çox pisdir, amma daha pis etmək də olmaz. Sənəd bütün regional yolların blokadadan çıxmasını və İranla Ermənistan arasındakı dəmir yolunun açılmasını nəzərdə tutur. Rusiya sülhməramlıları Qarabağ sakinlərinin təhlükəsizliklərini bütün ərazidə təmin edəcəklər. Onlar Stepanakert (Xankəndi) ilə Yerevan (İrəvan) arasındakı yol bağlantısının sabitliyini təmin edəcəklər", Paşinyan bildirib.
O, qeyd edib ki, hazırda əsas vəzifə ölkədəki sabitliyi qorumaqdır. “Biz əvvəlki hakimiyyətin nümayəndələrinə imkan verməyəcəyik ki, ölkədə xaos yaratsınlar. Bizim gələcəyimiz var. Biz nəticələr çıxarmaqla və səhvlərimizi anlamalıyıq. Biz gərək güclü Ermənistan yaradaq”, Paşinyan bildirib.
“Problem ondadır ki, komandirin əsas funksiyası əsgər qarşısında qoyulan tapşırığın icra olunmasıdır. Lakin əsgər növbəti hadisələrə təsir edə bilmirsə, onda əsgər həlak olmalı deyil, vətən əsgərin həyatına görə qurbanlara getməlidir. Məhz buna görə də mən həmin kədərli sazişə imza atdım. Mən 25 min əsgərin həyatını öz karyeramdan və şəxsi həyatımdan üstün tutdum”, Nikol Paşinyan bildirib.
Lakin erməni baş nazirin nağılları nə erməni xalqının, nə də onun siyasi opponentlərinin maraqlarına cavab vermir.
Artur Vanetsyan: “İnandırıram ki, bu cür siyasi və xəyanətkar həbslərlə bizim səsimizi batırmağa müəssər olmaq mümkün deyil, satqın getməlidir”
Belə ki, İrəvanda keçirilən etiraz aksiyalarında, eləcə də KİV-lərdə çıxış edən adamlar Nikol Paşinyanın onları aldatdıqlarını düşünürlər. Çünki ötən müddət ərzində yüzlərlə şəxs həbs edilib, müxalifəti təmsil edən deputatların toxunulmazlıq hüquqları belə nəzərə alınmayaraq, onlar Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. Daha dəqiq desək, qarşı tərəflər müharibənin davam etdiyini iddia etməklə yanaşı, həm də imzalanan sənədin qüvvədən düşməsini tələb edirlər. Habelə Paşinyanı istefaya çağırmaqda da davam edirlər.
Məsələn, vaxtilə Nikol Paşinyanla ailəvi dostluq edən, hətta zamanında bu hökumətdə Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik etmiş, hazırda isə müxalifətə keçməklə “Vətən” partiyasına liderlik edən general-mayor Artur Vanetsyan bildirib. SİTAT: “Satqın Nikol qorxaqcasına “artsaxı” (Qarabağı) verdi və qəbul edilmiş rüsvayçı sənədə qarşı mübarizə aparan müxalifətin bir sıra liderlərini saxlatdırdı. İnandırıram ki, bu cür siyasi və xəyanətkar həbslərlə bizim səsimi batırmağa müyəssər olmaq mümkün deyil, satqın getməlidir”.
Vanetsyan qeyd edib ki, istər həbsxanada, istərsə də azadlıqda olsa belə, o, həmin sənədə qarşı davamlı mübarizəsini aparacaq. Müxalifətçi lider erməniləri ruhdan düşməməyə və mübarizəni davam etdirməyə səsləyib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB