"DQR rəhbərliyi" rolunu oynayan artistlər Xankəndidən Ermənistana qaçır - Sputnik

"DQR rəhbərliyi" rolunu oynayan artistlər Xankəndidən Ermənistana qaçır - Sputnik

Ermənistanın Qarabağ müharibəsində məğlubiyyətindən sonra İrəvanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı saxta rejimin "məmurları" rolunu oynayan erməni siyasətçilərin kütləvi könüllü istefaları başladı.

“Sputnik Ermənistan” yazır ki, bu gün özlərini "Ədliyyə naziri" Siran Avetisyan, "Təhlükəsizlik şurası başçısı" Qagik Naqluhanyan və "Təhlükəsizlik şurasının idarə rəisi" Anuş Doluxanyan kimi təqdim edənlər tərəfindən istefa ərizələri verilib. Onlar Xankəndini tərk edərək Yerevana yola düşürlər.

ELÇİN

Bütün xəbərlər Facebook səhifəmizdə