Azərbaycan böyük bir alovdan özünə məxsus olanı almağı bacardı - AÇIQLAMA
"Erməni xalqı başa düşməlidir ki, Azərbaycan ordusunun qələbəsinə bir gün qalmış Rusiyanın müdaxiləsi onları əslində rüsvayçı məğlubiyyətdən qurtardı. Onlar Rusiyaya minnətdar olmalıdır. Paşinyanı hakimiyyətə gətirən qüvvələr istəsələr də, münaqişəyə müdaxilə edə bilmədi. ABŞ-ın Ermənistandakı səfirliyində 2000-dən çox əməkdaş var. Heç bir dövlətdəki səfirlikdə bu qədər əməkdaş yoxdur. İndi bizdə müəyyən narazılıqlar, narahatlılqar var ki, Ermənistanda Qarabağ klanı hakimiyyətə gəlsə nə olacaq? Rusiya gözəl bilir ki, Qarabağ klanı hakimiyyətə gəlsə münaqişə yenidən alovlanacaq". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.
Politoloqun sözlərinə görə, Rusiyaya isə artıq bölgədə sabitlik lazımdır: "O, Türkiyənin də iştirakıyla buna nail olmaq istəyir. Sabitliyin qarantı kimi çıxış edir. Rusiya MDB məkanında yenidən bu münaqişənin alovlanmasında maraqlı olmayacaq, çalışacaq ki, Ermənistanda Azərbaycanla sivil qaydada uzlaşa bilən qüvvələr hakimiyyətə gəlsin. Bu məğlubiyyətdən, Ermənistan iqtisadiyyatının çökməsindən sonra ermənilərin revanş etməsi hələ ki, gözlənilmir. Uzaq perspektivdə bu mümkündür. Qərbdəki məlum dairələr dəhliz vasitəsilə Qarabağdakı erməni icmasının militaristləşdirilməsinə çalışacaqlar, Rusiya buna yol verməmlidir. Bu Rusiyanın öz mövqeyinə ziyan vura bilər".
Ekspert bildirib ki, Rusiya hər halda NATO-nun ən güclü dövətlərindən olan Türkiyə amilini unutmayacaq: "Azərbaycanla münasibətlərin korlanması Rusiyanın bölgəni itirməsinə gətirib çıxarar. Rusiyada əhalinin beşdə biri müsəlmandır, çoxu türk xalqları var. Rusiya çeçenlərin, Dağıstanın etnik zəmidə alovlanmasını istəməz. Fikrimcə Rusiya tənzimləyici rolunda oynayacaq".
E.Manafov sonda qeyd edib ki, biz erməniləri ərazilərimizdən bütövükdə kürüyüb atsaydıq Avropa İttifaqı bizə münasibətdə etnik təmizləmə apardıq deyə sanksiyalar tətbiq edərdi: "Biz vaxtında dayanaraq, tolerant və multikultural ölkəyik mesajını verdik. Prezident buna görə ermənilərin Qarabağda icma şəkində qalmasına razılıq verdi. Baydenin gəlişi ilə də bir müddət sonra sanksiyalar işə düşəcəkdi. Bütün siyasi amilləri nəzərə alaraq, Azərbaycan böyük bir alovun içərisinə əlini uzadaraq özünə məxsus olanı almağı bacardı. Uğurumuza kölgə salmaq, onu kiçiltmək əsla olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB