Sülhü pozmaq Ermənistanın Rusiyanın kürəyinə bıçaq zərbəsi olar ПРАВДА
"Qarabağda sülh işi"ndə gözlənilməz dönüş: "Mənim addımım" partiyasının nümayəndələri müharibəni davam etdirmək istəyirlər
Rusiyanın ən nüfuzlu qəzeti “Pravda”da dərc olunan yazıda qeyd olunur ki, "Mənim addımım" Paşinyanın tərəfdarlarının partiyası olduğundan təmsilçilərinin açıqlamaları ikiqat maraqlıdır.
Qəzet yazır: “Yaxşı, “Mənim addımım” siyasətləri nə təklif edir? Siyahı olduqca qısadır:
- rus sülhməramlılarının işinin dayandırılması, sərhədlərdən çəkilməsi;
- hərbi əməliyyatların bərpası;
- vasitəçi kimi Rusiya ilə əməkdaşlığın dayandırılması;
- yeni bir müharibə üçün "zəfər yol xəritəsi"nin hazırlanması”.
Qəzet Ermənistanın hakim partiyasının mövqeyini dərc edib: “Döyüş əməliyyatlarının hazırkı təhlili göstərir ki, erməni xalqı birgə səylərlə təkcə Azərbaycana qarşı deyil, həm də dünyanın ən böyük silahlı qüvvələrindən birinə, müxtəlif ölkələrin terrorçularına və xüsusi təyinatlı qüvvələrinə qarşı mübarizə aparmışdır. Qarabağ müharibəsinin sona çatması ilə bağlı məlum açıqlamanın qanuniliyini müzakirə etmədən əvvəl müxalifətin bütün ermənilərə və dünyaya Rusiya vasitəçiliyinin ləğv edilməsini, Rusiya sülhməramlılarının təmas xəttindən çəkilməsini dəstəklədiklərini və müharibənin davam etməsini dəstəklədiklərini çox açıq şəkildə bildirmələrini təklif edirik- “Mənim addımım” partiyasının açıqlamasında deyilir”.
Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB