Rusiya-Türkiyə monitorinq mərkəzi Dağlıq Qarabağda atəşkəs rejiminə etibarlı nəzarəti təmin edəcək Sergey Şoyqu

Rusiya-Türkiyə monitorinq mərkəzi Dağlıq Qarabağda atəşkəs rejiminə etibarlı nəzarəti təmin edəcək Sergey Şoyqu

Rusiyanın Türkiyə ilə birgə monitorinq mərkəzi Dağlıq Qarabağda atəşkəs rejiminə etibarlı nəzarəti təmin edəcək.

SİA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri ilə videoformatda keçirilən görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

S.Şoyqu bildirib: "Birgə monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə riayət etməsinə etibarlı nəzarət etməyə imkan verəcək və uzun müddətdir davam edən münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə