Fransaya “selavi” deyə bilərik! TƏRS BAXIŞ

Fransaya “selavi” deyə bilərik! TƏRS BAXIŞ

Qafqaz regionunda iki böyük güc formalaşır və bu güc fransız siyasətçilərinin ermənipərəsət maraqlarını kökündən alt-üst edir və edəcək də

Əvvəlcədən qeyd edək ki, Qarabağ münaqişəsində istər açıq, istərsə də gizli şəkildə işğalçı Ermənistana dəstək göstərən ölkələrdən biri və birincisi Fransa olub. Ümumiyyətlə, bu ölkənin hətta ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, özünü ermənilərə aşkar tərəf kimi təqdim etməsini sübut edən onlarla faktlar mövcuddur. Hələ Fransanın türk amilinə antipatiya hisslərini nümayiş etdirməsini də buraya əlavə edərsək, artıq nəyin-nə və necə olduğunu tam çılpaqlığı ilə görə bilərik. Elə də uzağa getməyərək, Fransanın qondarma erməni soyqırımını tanımasını, bu qərarı tanımayanlara qarşı ölkə daxilində cəza kəsməsini, o cümlədən, dəfələrlə (!) Türkiyəyə qarşı sanksiya tətqib etmək yönündə çağırışlar etməsini də xatırlaya bilərik. Belə olah halda, fransız siyasətinin nəyə görə Azərbaycanın haqlı və ədalətli, eləcə də qalibiyyətlə nəticəsini tapan mübarizəsinə qarşı bu qədər hikkəli yanaşmasını da anlamaq elə də çətinlik yaratmır. Yaratmır ona görə ki, Türkiyə Azərbacanla əsrlərdən bəri gələn qardaşlıq münasibətini saxlayır və kədərini kədər, sevincini də sevinc kimi bölüşür. Bu barədə kifayət qədər danışılıb, yazılıb və bu gün də deilməkdədir. Elə haqlı və ədalətli mübarizəmizdə də Türkiyənin birmənalı (!) siyasi və mənəvi dəstəyi Qarabağımızın geriyə - öz sahibinə, yəni bizə, Azərbaycan dövlətinə, əsgərinə, xalqına qaytarılmasında tarixi, nəhəng rolu oldu.

Bəli, Fransa buna görə narahatlıq keçirir, çünki Qafqaz regionunda iki böyük güc formalaşır və bu güc fransız siyasətçilərinin ermənipərəsət maraqlarını kökündən alt-üst edir və edəcək də, bax bundan narahat olmasınlar. Nə qədər boş-boş bəyanatlar, hay-haraylar qaldırsalar belə, fransız-erməni kontekstindəki bənzər siyasi şivənçiliklər nəticəsiz qalacaq. Artıq nəTürkiyə əvvəli Türkiyədir, nə də Azərbaycan əvvəlki Azərbaycandır. “Bir millət, iki dövlət” tandemi bir vahid faktor olaraq geosiyasi mövqedə ən möhkəm təməllərə söykənir!

Ermənipərəstlik siyasətlərindəki uğursuzluqlarını isə yaxşı olardı ki, özlərində buraxdıqları boşluqlarında axtarsınlar...

Beləliklə, keçək müsyo fransızlara və elə öz dilləri ilə onlara “selavi” deyək. Yəni həyat budur, gözləmədiyiniz şəkildə hər şey tam əksinə gedə bilərmiş. Ermənipərəstlik siyasətlərindəki uğursuzluqlarını isə yaxşı olardı ki, özlərində buraxdıqları boşluqlarında axtarsınlar...

Deməli, hələ münaqişənin ən qızğın vaxtında Fransa mediası başda prezident Makron olmaqla cızığından çıxaraq, bütün qəbul edilmiş prinsipləri ayaqlayaraq az qala bizimlə hədə dilində danışmağa cəhd göstərdi, bəli məhz cəhd göstərdi. Ancaq onun bu cəhdi ali rəhbərliyimiz tərəfindən lazımi qaydada verildi. Çünki bu həmin Makrondur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevə telefon zəngi açarkən, atəşkəsin əldə olunmasını tələb etmişdi. Bax onda sual yaranmışdı ki, ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin rəhbəri nəyə görə illər boyu problemin həll olunmasından narahatlığını ifadə etmədi? Ermənistanın yeni ərazilər işğal etmək niyyətinə qarşı səsini ucaltmadı? Və ya (!) Ermənistanın baş nazirinə zəng edərək dərhal işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını istəməli..?!

Və o həmin Makrondur ki, həmin telefon zəngindən əvvəl ermənilərə xitabən bəyan etmişdi ki, "Fransa öz rolunu oyanyacaq", "Dağlıq Qarabağın yenidən fəth olunmasına icazə verməyəcək", "Sona qədər müqavimət göstərəcək" və s.

Təbii ki, dövlətimizin başçısı layiqli cavabını verdi və dinc əhalimizin atəşə tutulması faktlarını, eləcə də işğal altındakı torpaqlarımızın tam azad olunmayacağı halda heç bir atəşkəsin olmayacağını vurğuladı. Beləliklə, fransızların ali müsyösü öz lazımi cavabını almış oldu.

Torpaq Azərbaycanın, maraq Ermənistanın? – xeyir ola?

İndi cənab Makron yenidən “narahat” olub və onun dırnaqarası narahatlığı əlbəttə ki, yenə də işğalçı, lakin bu dəfə həm də məğlub (!) erməni məkrinə dəstək göstərməkdən ibarətdir. Bu adam Reuters-ə verdiyi açıqlamasında deyir ki, Qarabağ üzrə qəbul edilmiş istənilən uzun müddətli həll variantı Ermənistanın maraqlarına cavab verməlidir (?!) Diqqət edin: Torpaq Azərbaycanın, 30 il işğal altında qalmış və istismar edilən yataqlar Azərbaycanın, bu illər ərzində evlərindən, yurd-yuvalarından məhrum olmuş azərbaycanlılar, amma maraqlar Ermənistanın! Xeyir ola? Niyə ki..? Hansı əsaslarla..?

Hələ bu harasıdır?!

“Fransa rəhbərliyi Türkiyəni regionda təxribatlara və əldə edilmiş razılaşmaya qarşı fəaliyyətdən kənarda dayanmağa çağırır”, deyən Makron hansı səbəbdən, əlində olan hansı haqlarından istifadə edərək belə bir fikir səsləndirir? Halbuki məhz Türkiyənin regiondakı fəaliyyəti sayəsində atəşkəs sazişi imzalandı, bəs Fransa nə etdi? Bu artıq bəllidir!

Fransız-erməni həyasızlığının yüksək səviyyədə nümayişi

Amma Makronun bu kimi məntiqsiz və lazımsız fikirləri dünya KİV-lərində yayılar-yayılmaz Fransanın xarici işlər naziri Jan-İv Le Drian da dərhal ağasının dediklərinə bənzər düşüncələri ilə ürək bulandırmağa cəhd göstərdi – özü də hədəf yalnız Türkiyə olmadı, o həm də qalib Azərbaycana dil uzadaraq fransız-erməni həyasızlığını yüksək səviyyədə nümayiş etdirmiş oldu. Məsələn dedi ki, ölkəsi Türkiyəni aqressiyaya yönəlmiş fəaliyyətdən yayınacağını gözləyir.

Yaxud, atəşkəsin nail olunmasından sonra, Fransa Azərbaycanın qəbul edilmiş razılaşmaya ciddi əməl edəcəyini gözləyir və s. Əcəba, Azərbaycanın Fransa qarşısında üzərinə götürdüyü hər hansı bir öhdəliyimi var? Və ya nəyə görə Fransa Minsk qrupunun həmsədri olaraq bitərəf mövqe tutmur, ancaq işğalçı rejiimə dəstək göstərir? Bəlkə “möhtərəm” müsyö bunu bizə izah etsin, yaxud hesabat (!) versin?! Heç bu da son deyil!

İşğalçıya dəstək göstərmək üçün kiçik də olsa işıq ucu görünə biləcək deşik axtaran müsyölər özlərini ruslar demişkən, “vajnıy persona” ya da türklər demiş, “hayali akıllı” hesab edirlər

Fransanın həmsədr ölkə olaraq münaqişəni həll etmək yerinə, odun üzərinə benzin tökməsi qalsın bir yana, üstəlik əldə olunmuş üçtərəfli razılaşmanı “analiz” edib nəticələr çıxaracağını da həyasızcasına bəyan edir. Baxın: “Bu gecə Ermənistan, Azərbaycan və Rusiya hakimiyyətləri Dağlıq Qarabağda atəşkəs müqaviləsi ilə bağlı razılaşma əldə etdilər. Biz onunla tanış olduq və nəticələrin parametrlərini analiz edirik. Dəqiqləşdirmələr aparılır ki, onların mahiyyətini qiymətləndirək”.

Maraqlıdır, razılaşmadakı sözlər, müddəaların mahiyyəti o qədərmi anlaşıqsızdır ki, fransalı rəsmilər onun üzərində oturub “baş sındırmaqla” məşğuldurlar? Onlar hansı parametrlərdən danışırlar ki, hələ üstəlik dəqiqləşmələr də aparırlar?

Təbii ki, bu çox gülünc bir təsir bağışlayır və açıq-aşkar işğalçıya dəstək göstərmək üçün kiçik də olsa işıq ucu görünə biləcək deşik axtaran müsyölər özlərini ruslar demişkən, “vajnıy persona”, ya da türklər demiş “hayali akıllı” hesab edirlər. Ancaq daha belə deyil və daha heç nə əvvəlki kimi deyil. Yaxşı olardı ki, ermənipərəstlik mövqelərini kənara qoymaqla bir dəfə də həqiqətin yanında dayansınlar. Çünki bilmək olmaz, Fransada yaşayan erməni lobbisi sabah onların da Marsellərinə göz dikərək, “qədim erməni ərazisi” adı altında tələblər irəli sürə bilərlər. Bax onda biz də fransız siyasi müsyölərə elə öz dillərində “selavi” deyə bilərik...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə