"Hər şeyi itirə bilərdik, yalnız mümkün olanı son anda qoruya bildik". SİA armenianreport.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
Məlumatda qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qaqik Sarukyanın dəstəsini Şuşanı təslim etməkdə günahlandırıb.
"Qarabağla bağlı çox ağrılı olan bu qərar, müharibənin davam etməsi nəticəsində saxlanıla bilməyənlərin fonunda verildi, çünki, hər şeyi itirə bilərdik. Hər şeyi itirə bilərdik, ancaq mümkün olanı saxladıq. Yüksək ehtimalla Xankəndi, Əsgəran, Xocavənd ələ keçiriləcəyindən sonra müdafiə sahələrimiz və minlərlə əsgər mühasirəyə alınacaqdı. Bu səbəbdən də müqavilənin imzalanmasına qərar verildi”, deyə Paşinyan etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB