"Böyük bir qüvvə ilə, Azərbaycanın yüksək səviyyədə silahlanmış ordusu ilə qarşılaşdıq. Münaqişənin həlli ilə bağlı razılaşmanın xəyanət adlandırılması özü təhqiredicidir". SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri ölkənin ictimai televiziyasında çıxışı zamanı Ermənistanın müdafiə naziri David Tonoyan deyib.
“Hərbi qüvvələr, müdafiə sistemi, hakimiyyət mövcud şəraitdə maksimum imkanlarından istifadə edib”, deyə Tonoyan mövcud şəraitin acınacaqlı olduğunu etiraf edib.
Onun sözlərinə görə, mövcud geopolitik vəziyyət, Ermənistanın blokadada olması, texnika və silahlanma ilə bağlı ölkəsinin geridə qalması günün reallığıdır. “Biz çox böyük bir qüvvə ilə, Azərbaycanın yüksək səviyyədə silahlanmış ordusu ilə qarşılaşdıq. Məndən soruşa bilərlər ki, niyə Ermənistan silahlanmamışdı? Cavab verirəm ki, Ermənistan silahlanmışdı, amma say və resurs baxımından Ermənistanın silahlanması ilə Azərbaycanın silahlanması müqaisəyə belə gələcək deyildi və Azərbaycan dəfələrlə üstün idi”, deyə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB