“Qələbə əvəzolunmaz nemətdir. Qələbə 30 il torpaq həsrətimizin sonu deməkdir. Qələbə güclü Azərbaycan deməkdir. Bu gün Azərbaycan dünyanın diqqət mərkəzində olan qalib ölkədir. Axırki haqq ədalət öz yerini tutur. Dünya deyirdi ki, münaqişəni həllinin hərb yolu yoxdur. Amma cənab Ali Baş komandanımızın dəmir yumruğu dünyaya sübut etdi ki, münaqişənin yeganə yolu hərblədir”. Buu SİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, rəşadətli ordumuz öz haqq işini gördü: “Qəhrəman vətən oğulları öz sinəsini düşmən gülləsinə siper etdi. Düşmənimizi məhv etdi. Bu haqq yolda şəhid olmuş bütün igidlərimizə Allahdan rəhmət diləyirəm. Onların hərəsi bir qəhrəmandır. Şəhidlərimiz öz adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazdı. Bu gün Azərbaycan xoşbəxtdir. Axırki, üstümüzdəki 30 illik məğlubiyyət və işğal ləkəsi götürüldü. Bu müharibə bir də dünyaya sübut etdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında, çətin günündə dayaq duran Türkiyə var. Türkiyənin bizə verdiyi mənəvi güc bizim qələbəmizi daha inamlı etdi. Bu müharibə bir daha sübut etdi ki, Türkiyə-Azərbaycan iki dövlət bir millətdir. Bu qələbəni bizə yaşadan Ali Baş komandanımızdır. Bu illər ərzində beynəlxalq müstəvidə Azərbaycanın haqq səsini dünyaya tanıtdı. Ölkənin iqtisadiyyatı gücləndirildi. Ulu Öndər demişdi ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu gün Ulu Öndərin dahiyanə kəlamı həyatda öz əksini tapdı. Hərbi gücümüzü artırdıq. Müasir orduya malik olduq. Bugünki qələbəni bizə yaşadan Azərbaycan əsgəridir. Var olsun Azərbaycan ordusu. Böyük Qələbəmiz münasibətilə Azərbayanımızı və Azərbaycanı istəyən hər kəsi təbrik edirəm. Yaşasın Ali Baş Komandan İlham Əliyev! Yaşasın müstəqil Azərbaycanhj Respublikası!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB