Qoşunlar çıxarılacaq, erməni xalqını mənfi hərəkətlərdən çəkinməyə çağırırıq Ermənistan MN
Ermənistan hərbi komandanlığı qoşunların Qarabağdan geri çəkilməsinə dair razılığın yerinə yetirilməsinə söz veriblər.
Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri dünən gecə Ermənistan, Azərbaycan və Rusiya liderləri tərəfindən imzalanmış Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmaya ciddi şəkildə əməl etmək niyyətindədirlər. SİA-nın xəbərinə görə, Müdafiə Nazirliyi və ölkənin Baş Qərargahının Ermənistan xalqına birgə müraciətində deyilir.
"... Qan tökülməsini dayandırmağın vaxtı gəldi. Ermənistan, Rusiya və Azərbaycanın liderləri, bir razılığa gəldilər. Ölkəmizin hərbi-siyasi rəhbərliyinin vəziyyətin hərtərəfli təhlili və qiymətləndirilməsi əsasında qəbul edilmiş qərarlarını dəstəkləyirik və yerinə yetirməyə borcluyuq. Qan tökülməsini dayandırmağa borcluyuq",- Ermənistan təhlükəsizlik rəsmilərinin bəyanatında deyilir.
Ermənistan hərbçiləri həmvətənlərini vəziyyəti sabitləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıblar. "Bütün mümkün səhvlərdən dərs alaraq dövlətçiliyin əsaslarını poza biləcək hərəkətlərdən çəkinməyə çağırırıq"- bəyanatda deyilir.
Xatırladaq ki, 9 Noyabrda Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə birgə bəyanat imzalayıblar. Əldə edilən razılaşmalara görə, Azərbaycan və Ermənistan tərəfləri öz mövqelərində qalacaq, bölgədə Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək. İşğal edilmiş ərazilər, həmçinin, Kəlbəcər rayonu Azərbaycana 15 noyabr, Ağdam rayonu 20 noyabr, Laçın rayonu 1 dekabradək Azərbaycana qayıdacaq.
Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB