Nikol Paşinyan: “Bu, danşıqlarda yeganə dəqiq tezis idi” ACI ETİRAF

Nikol Paşinyan: “Bu, danşıqlarda yeganə dəqiq tezis idi” ACI ETİRAF

“Müharibənin əvvəlindən sülh sazişi ona görə imzalanmırdı ki, orada Dağlıq Qarabağın ətrafında 7 rayonun təhvil verilməsi ehtimalı var idi”. SİA xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsi vasitəsi ilə xalqa müraciətində deyib.

“Biz isə bu addıma gedə bilməzdik, çünki hər birimiz inanırdıq ki, atəşkəsin marağında biz olmayacağıq. Bəs onu (atəşkəsin qarşı tərəfdən istənilməsini-R.R.) düşmənə bağlaya bildikmi? Təəssüf ki, bu baş vermədi”, deyən Paşinyan sual ünvanlayıb: “Anlamaq vacibdir ki, müharibə qamınılmaz idimi, ondan kənarda qalmaq mümkünüydümü? Müharibədən qaçınmaq üçün bir mümkünlük var idi: Qarabağın statusunu dəqiqləşdirmədən beş rayonu təhvil vermək. Bu irs hakimiyyətə əvvəlki hakimiyyətdən qalıb”.

“Və belə bir situasiya elə uzun müddət davam edib ki, sonunda bir şey aydın olub: təəssüf ki, 1994-95-ci ildən başlayaraq bir məsələ bəlli idi – yeddi rayonu Azərbaycana geri qaytarmaq lazımdır. Bu, danışıqlarda yeganə dəqiq tezis idi”

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə