“Tariximizin ən biabırçı səhifəsi bu gün yazılıb” İveta Tonoyan
“Çiçəklənən Ermənistan” partiyası üzvü İveta Tonoyan da Ermənistan hökumət binası qarşısında toplanan etirazçılar arasındadır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, o jurnalistlərə deyib ki, baş nazir Nikol Paşinyan Azərbaycan və Rusiya prezidentləri ilə Dağlıq Qarabağla bağlı müqavilə imzaladıqdan sonra heç olmasa istefa etməlidir.
“Tariximizin ən biabırçı səhifəsi bu gün yazılıb. Bir neçə saat əvvəl bir sıra partiyalar baş nazirin istefasını tələb ediblər. Bütün bunlardan sonra istefa Paşinyanın görməli olduğu ən xırda şeydir”, deyə Tonoyan bildirib.
Millət vəkili vətəndaşlarla polis arasında qarşıdurmaların qarşısını almaq üçün Ermənistanın hökumət binası önündədir.
“Biz insanların kifayət qədər obyektiv və başa düşülən qəzəbini sakitləşdirməyə gəldik. Budur ataları, qardaşları və oğulları döyüş meydanına ölən insanlar toplaşıblar”, deyə millət vəkili bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB